Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İslamabadda Novruz şənliyi keçirilib

 

 

Azərbaycanın Pakistandakı hərbi attaşe aparatı İslamabad şəhərindəki Serena otelində Novruz şənliyi təşkil edib

 

Yenixeber.org: Tədbirdə Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, bu ölkədə akkreditə olunmuş hərbi attaşelərin xanımları, ictimai işdə fəal olan qadınlar, eləcə də Pakistanda yaşayan azərbaycanlı xanımlar iştirak ediblər. Qonaqlara Azərbaycanın milli qadın geyimləri nümayiş etdirilib, Novruz bayramının adət-ənənələri barədə məlumat verilib.

İştirakçılar Azərbaycanın milli mətbəxinə aid yeməklərə qonaq edilib, onların hazırlanması qaydaları haqqında məlumat verilib.

Xanım qonaqlar Novruz ənənələrinə uyğun boyanmış yumurta döyüşdürüb, qaliblərə Azərbaycanın milli suvenirləri verilib. Xanımlar milli rəqslərimizi ifa edib, yallı gediblər.

Tədbirin keçirildiyi salon Novruz bayramının ənənələrinə uyğun olaraq səməni, xonça, Azərbaycan xalçası və digər milli əşyalar, suvenirlərlə bəzədilib, Azərbaycanın turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub və milli musiqimiz səslənib.

Sonda hər bir xanım iştirakçıya Azərbaycanın milli suvenirləri təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam