Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

ABŞ-ın 500 nəfərlik əsgəri Rumıniyada yelərşidirilir -Müdafiə məqsədilə

ABŞ hərbi qüvvələrinin 500 nəfərdən ibarət əsgəri qüvvəsi Ruminyanın Qara dəniz sahilindəki bazasına yetişib.

Xeberinfo.com:   Əsgəri qüvvə ilə bərabər NATO-nun Şərqi Avropadakı üzvü olan Rumıniyanın müdafiəsinin gücləndirilməsi məqsədi ilə tanklar və ağır silahlar da gətirilib.

ABŞ-ın Rumıniyadakı səfirliyinin bildirdiyinə görə, 8-ci piyada alayının 1-ci batalyonunun “Döyüş qartalları”(“Fighting Eagles”) Rumıniyanın şərqində rotasiya üzrə Mixail Koqelniçeanu hərbi hava bazasında qərargahlanacaq.

ABŞ-ın səfiri Hans Kelmm bildirib ki, bu inkişaflar “ABŞ və Rumıniya arasında sözdə və əməldə güclü tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu” göstərir.

Onun sözlərinə görə, ABŞ hərbi qüvvələrinin ölkədə mövcudluğu “Şərqi Avropada və Qara dəniz regionunda sülhün və təhlükəsiziyin qorunmasında bizim gücümüzün genişləndirilməsinə” xidmət edir.

NATO və Moskva arsında əlaqələr Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstəyindən sonra zəifləyib. NATO bundan sonra Şərqi Avropa ölkələrində müttəfiqlərini dəstəyə əmin etmək məqsədilə hərbi təlimləri artırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam