Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Tomohawk” raketləri ilə silahlanmış iki Amerika gəmisi Rusiyaya yaxınlaşdı-Qeyri-adi vəziyyət

 

Bu gün fevralın 18-nə  keçən gecə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasına bağlı “Carney” esminetsi Qara dənizə daxil olub. Bundan əvvəl Amerika donanmasının “Ross” esminetsi Qara dənizə daxil olmuşdu. Həmin esminets ötən il Suriyada hökumət qüvvələrinin aerodromuna raket zərbələri endirmişdi.

Yenixeber.org: Birləşmiş Ştatlar donanmasının gəmiləri vaxtaşırı olaraq Qara dəniz akvatoriyasına daxil olur. Lakin birdən-birə iki esminetsin Rusiyanın birbaşa maraq zonasında görünməsi qeyri-adi haldır. Hər iki esminets “Tomohawk” qanadlı raketləri ilə silahlanıb. Birləşmiş Ştatlar donanmasının komandanlığı Qara dənizdə bu qeyri-adi fəallığı “təhlükəsizliyə dair dəniz əməliyyatlarının keçirilməsi” ilə əsaslandırıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci gəmisinin Qara dənizə daxil olması donamya regionda əməliyyat iştirakını dəstəkləməyə imkan verən qrafik çərçivəsində baş verir”, - 6-cı donanmanın komandanlığı bildirir.

“Carney” esminetsinin komandiri, vitse-admiral Kristofer Qredi qeyd edib ki, eyni vaxtda iki gəminin Qara dənizdə olması əvvəlcədən planlaşdırılıb və hansısa hadisəyə reaksiya deyil. “Biz əvvəlcədən seçdiyimiz vaxt və temp əsasında bu strateji vacib regionda işləyirik. Gəmilər təbiətcə çevik və mobil qüvvələrdir, Hərbi Dəniz Qüvvələri etibarlı qüvvələri bizim dünyadakı maraqlarımızın müdafiəsi üçün unikal şəkildə nümayiş etdirmək imkanındadır”, - admiral deyib.

Sonuncu dəfə ABŞ-ın iki gəmisi Qara dənizdə eyni vaxtda ötən ilin iyulunda keçirilən “Sea Breeze” Amerika-Ukrayna təlimlərində olub. Montre razılaşmasına əsasən Qara dəniz sahilində yerləşməyən ölkələrin hərbi gəmiləri dənizdə ən çoxu 21 gün qala bilərlər. ABŞ gəmilərinin Qara dənizə daxil olması Rusiyada həmişə qıcıq doğurur.

Birləşmiş Ştatlar donanmasının Qara dənizdə son fəallığı Suriyada Rusiya muzdlularının kürdlərdən ibarət “Suriya Demokrati Qüvvələri”nin nəzarətindəki neft-qaz bölgəsinə hücumu zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsindən sonraya təsadüf edir. Habelə Ukrayna Hərbi Hava Qüvvələri fevralın 15-də bəyan edib ki, Rusiya strateji bombardmançıları Krım və Donbass üzərində uçuşlar keçirərək Ukraynanın materik hissəsinə kütləvi zərbələri sınaqdan keçirib.(Virtualaz)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam