Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Vaşinqton Tayms” Güləni “vurdu”: "həm Türkiyə, həm də ABŞ üçün çox təhlükəlidir"

gulen abs

 

"Vaşinqton Tayms” qəzeti Fətullah Gülənin Türkiyə qədər ABŞ üçün də təhlükəli olduğunu yazır

Xeberinfo.com:   Ankara və Vaşinqton arasında Fətullah Gülənin qaytarılmasına dair müzakirələr davam edərkən, “Vaşinqton Tayms” qəzetində diqqətçəkən bir məqalə dərc olunub.

Məlumata görə, məqalədə Fətullah Gülən bir “radikal” olaraq xarakterizə edilib və həm Türkiyə, həm də ABŞ üçün “çox təhlükəli” olduğu ifadə edilib.

“ABŞ-ı DA ŞƏRİƏT DÖVLƏTİNƏ ÇEVİRƏCƏK”

“Vaşinqton Tayms”ın “Mülayimlik radikal bir gündəmi üzlərsə” başlıqlı məqaləsi ABŞ-ın ən nüfuzlu təhsil müəssisələrindən Kolumbiya Universitetinin hüquq fakültəsində təhlükəsizlik və kəşfiyyat dərsləri verən Abraham R. Wagner tərəfindən qələmə alınıb. Wagner, Gülənin “həm ABŞ-ı, həm də Türkiyəni şəriət dövlətinə çevirmək istədiyini” yazıb.

“MADDİ GÜCÜNÜN QAYNAĞI BİLİNMİR”

Yazıda bu mesajlar verilib: “Türkiyəli Müsəlman bir din adamı olan Gülən; yalnız ibtidai məktəb məzunu və sirli bir adam. Bəzi “Wikileaks” sənədlərində o, ABŞ Xarici İşlər Nazirliyi tərəfindən “pis niyyətli” və “radikal islamçı” olaraq xarakterizə edilib. 25 milyard dollar sərvəti olduğu deyilir, amma kimsə bu böyük sərvəti necə əldə etdiyini bilmir. Ən önə çıxan mesajı, ABŞ XİN tərəfindən qiymətləndirmənin əksinə, tolerantlıq və çoxmədəniyyətlilikdir. Lakin daha diqqətli araşdırıldığında, ABŞ və Türkiyəni şəriət dövlətlərinə çevirmək istəyən gerçək bir islamçı olduğu ortaya çıxır”.

“AMERİKALI UŞAQLAR MÜRİDLƏRDƏN DƏRS ALIR”

Məqalədə ABŞ-dakı Gülən məktəblərinin vergi ödəyiciləri sayəsində milyonlarla dollar qazandığına və bu məktəblərə qarşı həm əyalət səviyyəsində, həm də FBI tərəfindən istintaq açıldığına diqqət çəkib. Gülənin bu məktəblərdə dərs vermək üçün müridlərini Türkiyədən ABŞ-a gətirir. Bu müridlər keyfiyyətli və sertifikatlı Amerika müəllimlərinin yerinə işləmək üçün ABŞ-a gətirilir. İddiaya görə, məqsədləri amerikalı uşaqları Türkiyə mərkəzli islamçı bir hərəkatın üzvü etmək, Amerika cəmiyyətinə sızaraq, ABŞ-ı Türkiyə dövləti kimi bir şəriət dövlətinə çevirməkdir.

“FBI İSTİNTAQI GENİŞLƏNDİRSİN”

Gülən məktəblərinin mədrəsələrdən fərqsiz olduğunu və uşaqları müasir Türkiyənin ideallarından uzaqlaşdırdığını yazan Wagner, FBI-yə amerikalı uşaqlara dərs verən gənc türkiyəli müəllimlərlə əlaqədar istintaqı genişləndirmək çağırışı edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam