Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Fətullah Gülən təslim edilməzsə münasibətlər korlanacaq”

cavus

 

ABŞ hərəkətə keçməzsə münasibətlərimizin korlanması qaçılmazdır.

 Xeberinfo.com:  Məlumata görə, bu fikri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Washington Post”a verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti Türkiyəni anlayıb bu ölkədə yaşayan terrorçunu təslim etməlidir: “bununla bağlı onu demək istərdim ki, ABŞ bunu etməz, münasibətlərimizə xələl gələcək və bu qaçılmazdır. Bu gün Türkiyənin ən pis terroristi ABŞ-da yaşayır və o Türk millətini hədəf alır. Bu bizim üçün qəbul edilməz durumdur”.

M.Çavuşoğlu onu da əlavə edib ki, Türkiyə bu çətin günlərində müttəfiqlərindən dürüst hərəkət etmələrini gözləyir.

Nazir həmçinin bildirib ki, məsələ ilə bağlı ABŞ dövlət katibi Con Kerri ilə müzakirə etdim: “20 dəqiqədən artıq davam edən danışıq zamanı məsələnin yaxşı anladığını və bu qrup haqqında xüsusi xidmət orqanları tərəfindən daha geniş məlumat əldə edəcəyini bildirib. Bundan əlavə olaraq prezident Rəcəb Tayyib Ərdoğan da telefon danışığında məsələni Barak Obamaya anladıb. Bəlkə də onlar bu qrupun nə qədər təhlükəli olduğunu anlamırlar. Çünki Fətullah Gülən Pensilvaniyada yaşayır. Ancaq bu terror aktndan sonra Fətullah Gülənin bir terror təşkilatının rəhbəri olduğunu anlamalıdırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam