Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bloomberg": Dövlət şirkətlərinin borcu Rusiyanı batıra bilər

2026-ci ilə qədər dövlət şirkətləri 435 mlrd. borc ödəməlidir

Rusiya da daxil olmaqla, inkişaf etmiş ölkələrdə dövlətə aid şirkətlərin yüksək həcmdə borcları bu ölkələrin suveren reytinqlərinin aşağı salınmasına və ümumiyyətlə, iflas etməsinə gətirib çıxara bilər. 

Xeberinfo.com:   "Bloomberg" agentliyinə istinadən xəbərə görə, bu barədə məlumatı "S&P" beynəlxalq reytinq agentliyi yayıb. Hesabatda bildirilib ki, bir çox inkişaf etməkdə olan ölkə öz dövlət şirkətlərinin borcu üzündən büdcə riskləri ilə üzləşə bilər.

Agentlik həmçinin qeyd edib ki, 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin dövlət şirkətləri istiqrazlar üzrə 180 mlrd. dollar borc ödəməlidirlər. Həmçinin hesabatda bu şirkətlərin 2026-cı ilə qədər məcmu borclarının 435 mlrd. dollar olduğu bildirilib. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin kəskin azalması fonunda inkişaf etməkdə olan ölkələrin dövlət şirkətlərinin borclarının daha da artacağını xatırladıb.

"S&P"ə görə, bu ölkələr arasında  Rusiyanın "Qazprom" şirkətinin də yer aldığı ilk 5 ən borclu şirkətin öhdəliklərinin məcmu borclarda xüsusi çəkisi 25% təşkil edir.

Qeyd edək ki, Azərbaycanın dövlət şirkətlərinin və hökumətin birbaşa öhdəliklərinin 2016-cı il yanvarın 1-nə borcu 7 mlrd. dollara yaxın olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam