Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

KXDR Cənubi Koreya və ABŞ-nin təlimləri fonunda zərbə gücünü artıracağı ilə hədələyib

 

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya və ABŞ-nin illik birgə hərbi təlimlərini pisləyərək düşmənlərindən gələ biləcək hər hansı təhdidləri yatırmaq üçün zərbə gücünü artırmağa davam edəcəyi barədə xəbərdarlıq edib.

Yenixeber.org xəbər verir ki, KXDR Xarici İşlər Nazirliyinin Tərk-silah və Sülh İnstitutunun bəyanatını Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) dərc edib.

“Koreya yarımadasında vəziyyətin qeyri-sabitliyinə yol açan və hər il keçirilən “Freedom Shield” hərbi təlimləri cari ildə öz təcavüzkar və hücum xarakterinə görə tarixdə maksimum səviyyəyə çatıb”, – qurum qeyd edib.

Bildirilib ki, hazırkı təlimlər “daha planlı” və “təxribatçı” xarakter daşıyır.

“Hazırkı “Freedom Shield” birgə hərbi təlimləri ABŞ və Koreya Respublikasının birgə təlimlər tarixində ilk dəfə olaraq quru və dəniz, hava, kosmos və kiberfəza daxil olmaqla bütün məkanlarda keçirilib”, – KXDR-də bildirilib.

Pxenyana görə, “Koreya yarımadası regionunda hərbi toqquşmalar heç bir halda KXDR və ABŞ arasında məsələ ilə məhdudlaşmayacaq, bu qaçılmaz olaraq yeni dünya müharibəsinin mənbəyi ola bilər”.

“Heç kimin dayandıra bilməyəcəyi nəhəng zərbə gücünə malik olmaq müharibənin qabaqlanması və təcavüzkarlar tərəfindən hər hansı təhdid və şantajın effektiv şəkildə cilovlanması və nəzarət altında saxlanılmasının ən etibarlı zəmanətidir. Şimali Koreya dövlətin suverenliyi və təhlükəsizlik maraqlarına ciddi təhdid yaradan düşmən dövlətlərin hər hansı hərbi fəaliyyətlərini yatırmağa imkan verəcək bütün kateqoriyalarda güclü əks tədbirləri davamlı olaraq təkmilləşdirəcək və gücləndirəcək, həmçinin məsuliyyətli nüvə dövləti kimi regionda və planetdə sülh və təhlükəsizliyi etibarlı şəkildə qoruyacaq”, – KXDR-də qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam