Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ərdoğandan dünyaya mesaj

Səslərin 99,57 faizinin hesablandığı Türkiyədə bu saata olan nəticələrə görə, AKP 49,4 faizlə seçimin qalibidir.

Xeberinfo.com:   Məlumata görə, prezident Ərdoğan bu səhər Eyüp Sultan Məscidində namaz qıldıqdan sonra seçkinin nəticələrini dəyərləndirib: "Sandıqdan çıxan nəticə məlumdur. Koalisiya danışıqları nəticə vermədiyi üçün təkrar milli iradə göstərmək məcburiyyətində qaldıq. Milli iradə dünən noyabrın 1-dən etibarən sabitlikdən yana təzahür etdi. Mən bu an çıxan nəticənin ölkəmiz üçün xeyirli olmasını diləyirəm. Bir olaq, sağ olaq, hamımız birlikdə Türkiyə olaq. Üzərimizdə böyük oyun oynanıldığını bilirsiniz. Təkrar millətimə minnətdarlığımı ifadə edirəm. O duyduğumuz coşğu ölkəmizin demokratik yetkinliyə çatdığını göstərdi".

Prezident dünya mediasında Türkiyədə keçirilən seçkilərlə bağlı müzakirələri də dəyərləndirib: "Görəsən, dünya mediası bizim ölkə ilə bu qədər maraqlandığı qədər nədən öz ölkələri ilə maraqlanmırlar?! Millətimiz 52 faizlə prezidentini seçir, 50 faizə yaxın səslə partiyasını seçir, amma əcnəbinin davranışı başqa. Bu ölkənin Ərdoğanı seçməsinə hələ də hörmət edə bilmədilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam