Avropa Rusiya neftindən imtina edir
“Rusiya Qərb onu itələdiyi üçün Şərqə üz tutub”.
"Xeberinfo.com":
Son bir neçə ay ərzində Exxon, Shell, Total və Eni kimi iri neft şirkətləri Qərbi Avropa və Aralıq dənizi ərazisində yerləşən neftemalı zavodları üçün Rusiya nefti hesabına Səudiyyə neftinin alışını artırıblar, Reuters bu barədə enerji daşıyıcı ticarəti ilə məşğul olan mənbələrinə istinadən məlumat verir.
“Mən Avropada yerləşən neftemalı zavodları üçün getdikcə daha az Rusiya nefti alıram, çünki Səudiyyə barelləri daha çəkici gəlir. Mənim üçün heç bir çətinlik mövcud deyil, belə ki, Səudiyyə nefti daha ucuzdur”, - iri neft şirkətində neft alışı ilə əlaqədar mənbə bildirib, KİV ilə ünsiyyət onun səlahiyyətlərinə daxil olmadığı üçün mənbə adının açıqlanmasını istəməyib.
Çərşənbə axşamı oktyabr ayının 13-də “Rosneft”in rəhbəri İqor Seçin bəyan edib ki, Səudiyyə Ərəbistanı Polşaya “dempinq” qiymətləri ilə tədarükə başlayıb. Çərşənbə günü oktyabrın 14-də Rusiya energetika naziri Aleksandr Novak Səudiyyə neftinin Şərqi Avropa bazarına çıxmasını “sərt rəqabət” adlandırıb.
İki mənbə Reuters-ə Səudiyyə Ərəbistanının Polşanın Qdanskında anbar qüvvəsi axtardığını bildirib, bu, Şərqi Avropa alıcılarına tədarükün sürətləndirilməsi üçün lazımdır. Təchizat, onun uzun illər Qərbi Avropada istifadə etdiyi sxem üzrə Niderland və Belçikadan keçərək aparılacaq. Treyderlərdən birinin məlumatına əsasən, Qdanskdan Almaniyaya nəql həyata keçirilə bilər, bu “Drujba” neft kəməri ilə nəql edilən Rusiya nefti ilə rəqabət aparmaq üçündür.
“Uzun illər boyu ilk dəfədir ki, Avropa bazarı Asiya bazarından daha maraqlı görünür. O üzdən Yaxın Şərq neft hasilatçıları bu imkandan istifadə etməyə hazırlaşırlar”, - Reuters-ə bu barədə İraqda yüksək vəzifəli mənbə bildirib.
RBK-nın yazdığına görə, 2015-ci ilin ilk yarısında Səudiyyə Ərəbistanı neftin Avropaya çatdırılmasını kəskin şəkildə artırıb. Orta hesabla bu zaman ərzində Avropa dövlətlərinə gündəlik olaraq 1,01 milyon barel neft çatdırılıb, Rusiya isə GL Financial Group-un portfel idarəedicisi Sergey Vaxrameyevin hesablamalarına görə həmin dövr ərzində Avropaya gün ərzində 1,7 milyon barel neft çatdırıb.
“Rusiyanın Şərqə üz tutduğu hissi yaranır, çünki onu Qərbdən itələyiblər. Amma əslində Rusiya artıq uzun müddətdir ki, Asiya bazarında öz payını saxlayıb”, - Reuters-ə bu barədə Citigroup-un energetik bazarlarının təhlilinin rəhbəri Sergey Kleynman bildirib. O, qeyd edib ki, Asiya bazarında son aylarda rəqabət o qədər kəskinləşib ki, Rusiya, Küveyt və Anqoladan artan ixrac fonunda Səudiyyə Ərəbistanı tədarükünü məhdudlaşdırmalı olub.
Reuters qeyd edir ki, Avropa bazarında rəqabət çox güman ki, Moskva və OPEK arasında dünya neft bazarlarında ticarətə dair gələcək dialoqu mürəkkəbləşdirəcək. Bundan başqa, agentlik yazır ki, rəqabət çox güman ki, 2012-ci ilə qədər Avropa neftinin 5-10% arasında təmin edən İranın yaxın aylarda ona qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra bazara qayıtması ilə daha da kəskinləşəcək. Reuters-in iri neft şirkətinin neft alışı şöbəsində olan mənbə izah edib ki, səudiyyəlilər İran qayıdana qədər bazarda öz paylarını təmin etmək istəyirlər.
Rusiya nefti Urals bir çox Avropa neftemalı zavodları üçün coğrafi yaxınlığı və texnoloji uyğunluğu nəzərə alaraq əsas xammal olaraq qalır, bu barədə Platts-ın Avropa, Yaxın Şərq və Afrikda neft bazarları üzrə redaktoru Paula Laninqam RBK-ya bildirib.
Reuters-in MDB-də əmtəə bazarlarının xəbərlərinin baş redaktoru Aleksandr Yerşovun fikrinə görə, Avropa bazarlarına Səudiyyə Ərəbistanından edilən tədarük hələlik cüzidir, amma mütəmadi olarsa beynəlxalq marker Brentə nisbətən Urals ucuzlaşacaq.