Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İranı Avropanın neft-qaz bazarları ilə heç nə birləşdirmir”

 

“İran enerji ehtiyatlarını Avropaya nəql etmək üçün tədarük marşrutlarına malik deyil”
"Xeberinfo.com":  İran 2016-cı ilin əvvəlinədək dünya neft-qaz bazarına tam dəyərli oyunçu qismində çıxmayacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov bildirib.
“Birincisi, İranın nüvə probleminə dair saziş hələ imzalanmayıb. Bu məsələ ilə bağlı hələ çox ziddiyyətlər olacaq, amerikalılar və iranlılar fərqli şərtlər irəli sürürlər”, deyə Puşkov “RSN” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ikincisi, saziş imzalansa da, onun müddəaları icra edilməyənədək sanksiyalar ləğv olunmayacaq: “Ümumiyyətlə, İranın bu ilin sonunadək, 2016-cı ilin əvvəlinədək dünya neft-qaz bazarına çıxması barədə danışmaq çətindir”.
“İran bazara daxil olsa da, anlamaq lazımdır ki, hazırda onun neftinin potensial hissəsi bazara Səudiyyə Ərəbistanı tərəfindən tədarük olunur. İranın əvvəl Avropaya tədarük etdiyi nefti indi Səudiyyə Ərəbistanı ixrac edir”, deyə Puşkov qeyd edib.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri İranın enerji ehtiyatlarını Avropaya nəql etmək üçün tədarük marşrutlarına malik olmadığını da qeyd edib: “İranı Avropa bazarları ilə, demək olar ki, heç nə birləşdirmir. Yalnız Türkiyə üzərindən keçən məhdud həcmdə boru xətləri var. İndiki vəziyyətdə heç kim Suriya və İraq üzərindən keçəcək milyardlarla dollar dəyərində olan güclü neft-qaz borularının tikintisinə vəsait ayırmayacaq. Ona görə də İranın dünya bazarına çıxışı və neftin kəskin ucuzlaşması ilə bağlı səs-küyə gəlincə hesab edirəm ki, hər şey belə sürətlə baş verməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam