Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

ABŞ MN Baydenin izahını təkzib edib-SƏBƏB

"ABŞ-ın Ukraynaya kasetli sursat göndərməsinin əsas səbəbi əks-hücum əməliyyatlarının yavaş davam etməsidir”.

Yenixeber.org:  ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kahl brifinqdə deyib.

Onun fikrincə, bu silahlar əks-hücum əməliyyatlarını sürətləndirə bilər:

“Rusların mövqelərini möhkəmləndirmək üçün hələ 6 ay vaxtları var. Ukraynaya isə qarşı tərəfin müdafiəsini yarmaq üçün sursat lazımdır”.

K.Kahlın sözlərinə görə, kasetli bombalar Ukraynaya lazımi vaxtda çatdırılacaq

Pentaqon rəsmisi deyib ki, Ukraynaya kaset sursatlarının göndərilməsi həm də Rusiyaya ukraynalıların mübarizə aparacağına dair mühüm siqnaldır:

“ABŞ Ukraynanın yanında olmağa davam edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü artıq təsdiqləyib. Bayden kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarının ölkədə adi mərmilərin tükənməsi səbəbindən verildiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam