Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“15 İyul hadisəsini FETÖ törətmədi” -ŞOK İDDİA

kahl

“Türkiyə müxtəlif kanallar vasitəsilə bizi 15 İyul çevriliş cəhdinin arxasında Gülən qruplaşmasının dayandığına inandırmağa çalışsa da, buna nail ola bilmədi. Bu cevriliş cəhdi dövlət tərəfindən ssenariləşdirilməyib”.

Yenixeber.org:  Rəsmi Ankaranın ciddi qəzəbinə səbəb olacağı gözlənilən bu fikirləri Almaniyanın xarici kəşfiyyat idarəsinin (Federal Kəşfiyyat Xidməti) rəhbəri Bruno Kahl bildirib.

Həftəlik “Der Spiegel” jurnalına müsahibəsində baş xəfiyyəçi 15 İyul hadisələrini hökumət ilə ordunun bəzi seqmentləri arasında illərdən bəri davam edən hesablaşmanın nəticəsi kimi qiymətləndirib: "15 iyuldan əvvəl orduda hökumət tərəfindən bir təmizlik dalğası başladılmışdı. Buna görə də ordudakı bəzi qruplar növbə özlərinə gəlmədən çevriliş etmək istəyirdilər. Ancaq artıq çox gec idi və özləri sıradan çıxarıldılar”.

Kahlın fikrincə, çevriliş hökümətin özü tərəfindən planlaşdırılmışdı: “Buna baxmayaraq, prezident Rəcəb Tayib Ərdoğanın əlində həm də digər rəqiblərinə qarşı istifadə etmək üçün məmnuniyyətverici bir bəhanəyə çevrildi”.

Kahl heç Gülən qruplaşmasına ifrat İslamçı və ya terrorçu təşkilat kimi də baxmır. “Der Spiegel”in mövzuyla əlaqədar bir sualını cavablandıran alman xəfiyyəsinin şefinə görə, bu təşkilat dini və dünyəvi təhsil üçün bir araya gəlmiş mülki qurumlar sistemidir: “Bu sistem içində hazırlıq kursları, Ərdoğan tərəfdarlarıyla illərdən  bəri müştərək çalışdıqları təhsil müəssisələri də var".

Gülən qruplaşmasının bir "təriqət" olmadığına inanan baş xəfiyyəçi öz müsahibəsində təşkilatın "əhəmiyyət verilməyəcək bir azlıq" olmadığını da bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam