Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Son 23 ildə təbii fəlakətlərin sayı 134 faiz artıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları Şurasının tematik sessiyasında çıxış edən ali komissar Folker Türk yüzilliyin sonunda, orta temperaturun artımının Selsi şkalası üzrə 3 dərəcə təşkil edəcəyi bir vaxtda “planetimizin tanınmayacaq həddədək dəyişəcəyini” diqqətə çatdırıb.
Yenixeber.org: Ali komissar ətraf mühitin məhv olmasını dayandırmaq və kütləvi aclığın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. BMT-nin insan hüquqları üzrə ali komissarının sözlərinə görə, iqlim və daşqınların əmələ gətirdiyi təbii fəlakətlərin sayı 2000-ci ildən bəri 134 faiz artıb. 828 milyondan çox insan 2021-ci ildə ərzaq çatışmazlığından əziyyət çəkib və proqnozlara görə, iqlim dəyişmələri ona gətirib çıxaracaq ki, bu yüzilliyin ortalarında daha 80 milyona yaxın insan eyni vəziyyətlə üzləşəcək.
O, sözünə davam edərək vurğulayıb ki, bununla yanaşı, beynəlxalq ictimaiyyət müvafiq miqyaslı böhrana cavab hərəkətlərini hələ də ləngidir. Şurada diskussiyanın iştirakçıları iqlim dəyişmələri məsələsini insan haqları kontekstində nəzərdən keçiriblər. BMT-nin uşaq hüquqları Komitəsinin üzvü Benyam Davit Mezmurun sözlərinə görə, 2020-ci ildə doğulan uşaqlar babaları və nənələri ilə müqayisədə ehtimal ki, təxminən üç dəfə çox quraqlıq və qıtlıq görəcəklər.
O, həmçinin diqqəti ona çəkib ki, ekoloji böhranın əsas yükü yoxsul ölkələrdə yaşayan uşaqların payına düşür. Hər şeydən əvvəl əhalinin ən həssas təbəqəsi əziyyət çəkir. Beləliklə, iqlim dəyişmələri bərabərsizlik və ayrı-seçkiliyi artırır, yerli xalqlar, milli azlıq qrupları, əlil uşaqlar və xüsusilə qızlar zərbə altında olurlar.
BMT-nin təsisatlarının nümayəndələri öz çıxışlarında qeyd ediblər ki, qida sənayesi müəssisələri iqlimə mənfi təsir göstərir və ətraf mühitin pisləşməsini gücləndirirlər. Onlar aqroqida sistemlərinin dəyişdirilməsinə, o cümlədən kənd əhalisinin və kiçik fermerlərin dəstəklənməsinə səsləyiblər.
Ümumdünya Ərzaq Proqramının Cenevrədəki nümayəndəliyinin direktoru Can Karlo Sirri bildirib ki, 3,6 milyard insan - dünya əhalisinin 40 faizindən çoxu ekstremal iqlim hadisələri qarşısında aciz olan ərazilərdə yaşayır.
Onun sözlərinə görə, 2030-cu ilədək iqlimlə bağlı təbii fəlakətlərin sayı 30 faiz artaraq ildə təqribən 560 hadisə təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam