Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran rəsmisi:Səudiyyə Ərəbistanı birgə qaz yataqlarını istismar edir

 
Son vaxtlar Tehranla Ər-Riyad arasında münasibətlərin tənzimlənməsi fonunda bəzi iranlı rəsmilər qarşı tərəfin bundan sui-istifadə etdiyini söyləyirlər.
Yenixeber.org: İranın Neft və Qaz qazma şirkətləri assosiasiyasının idarə heyətinin sədri Hidayətullah Xademi “İLNA” xəbər agentliyinə müsahibəsində Tehranın susqunluğu və hərəkətsizliyi nəticəsində Səudiyyə Ərəbistanının birgə neft və qaz yataqlarını boşaltdığını deyib.
Fərzad A və B, Arəş və Foruzan yataqlarının İran və Səudiyyə Ərəbistanı arasında ortaq olduğunu söyləyən Xadeni, Ər-Riyadın bu layihələri ciddi şəkildə inkişaf etdirdiyini vurğulayıb.
Ötən il Səudiyyə Ərəbistanı və Küveyt Arəş (Əl-Dərə) qaz yatağının gələcək işlənməsi üçün 2,7 milyard dollar sərmayə yatırmaq haqqında saziş imzalayıb ki, bunu da İran tənqid edib.
Tehran maliyyə problemləri və sanksiyalar ucbatından həmin müştərək yatağın İran hissəsini işlədə bilməsə də, Səudiyyə krallığı və Küveyt bu yataqdan gündəlik qaz hasilatını 30 milyon kubmetrə, qaz kondensatı hasilatını isə 84 min barrelə çatdırmağı planlaşdırır.
1976-cı ildə kəşf edilmiş, bir milyard kubmetr qaz və 44 milyon barel qaz kondensatına malik bu ümumi yataqda hər üç ölkənin hasilatı 2013-cü ildə başlayıb. Lakin İran hasilatı artırmaq məsələsində bu yatağın gələcək inkişafı layihəsindən kənarda qalıb.
Uzun illərdir ki, Fərzad A yatağından qaz hasilatına başlayan Səuduiyyə Ərəbistanından fərqli olaraq, Tehran hələ də bu müştərək yatağın İran hissəsinin kəşfiyyatçısı olan Hindistanın “AvanGC Videsh” şirkəti ilə işlənməsi üçün razılığa gəlməyib.
Xademinin fikrincə, İranla paylaşılan yataqlarda çoxlu qazma qurğuları quraşdırmaqla Səudiyyə Ərəbistanı, demək olar ki, yataqları boşaldır. Əgər bu il İran həmin yataqlarda hasilata başlamasa, onların inkişafı gələcəkdə Tehran üçün iqtisadi cəhətdən sərfəli olmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam