Yenixeber.org: Qanun LGBT əleyhinə dünyanın ən sərt qanunlarından biri hesab olunur. Mart ayında Uqanda Parlamenti tərəfindən qəbul edilən birinci versiya ilə müqayisədə, qeyri-heteroseksual gender kimliyinin kriminallaşdırılması qanundan silinib.
Lakin qanunun sərt tərəfi homoseksuallıqda təqsirli bilinən şəxslərin ömürlük həbs olunması ilə bağlıdır. Eyni zamanda 18 yaşdan aşağı biriylə və yaşlılarla homoseksual əlaqəyə girənlər isə edam ediləcək.
LGBT əleyhinə dünyanın ən sərt qanunlarından biri:"Edam olunacaqlar"-Baydensə sanksiyalarla hədələdi

Uqanda Prezidenti Yoveri Kaquta Museveni ölkədə sürətlə artan HIV/QİÇS xəstəliyi ilə mübarizə aparmaq üçün “Homoseksuallarla Mübarizə Aktı” adlı qanun layihəsini imzalayıb.

1. Eynicinsli insanların yaxın əlaqəyə girməsi - Ömürlük həbs
2. Homoseksuallığı təbliğ etmək ittihamı - 20 il həbs
2. Yeni cinayət – “ağırlaşdıran şəraitdə homoseksuallıq” tətbiq edilir. Buraya eyni cinsdən olan HİV/QİÇS kimi sağalmaz xəstəliyə yoluxma və yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslə cinsli təmaslar daxildir. Bu cür hərəkət edənləri ölüm hökmü gözləyir.
Ölkədə eynicinsli münasibətlərin istənilən forması, onların təşviqi və ya tanınmasına yönəlmiş istənilən fəaliyyət kimi yeni qanunla qadağandır. Bu eynicinsli nikahlara da aiddir.
Belə fəaliyyətlə məşğul olan kütləvi informasiya vasitələri və ya qeyri-hökumət təşkilatları cərimə olunur və onların fəaliyyəti dayandırılır. BMT-nin müvafiq qurumları bildiriblər ki, yeni qanun Uqandada HİV-ə qarşı mübarizəyə ciddi əngəl törədəcək.


