Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

KİV:Aİ Qara dəniz üzərindən internet kabel çəkməyi planlaşdırır

Avropa İttifaqının (Aİ) Rusiya ərazisindən keçən internet xətlərindən asılılığını azaltmaq məqsədilə Qara dənizin dibi ilə Cənub Qafqaza yeni kabel çəkiləcək.

Yenixeber.org: Bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, Aİ Rusiya ərazisindən keçən xətlərdən asılılığını azaltmaq və Gürcüstanla əlaqəni inkişaf etdirmək məqsədilə sualtı internet kabelinin çəkilməsini planlaşdırır.

Avropa Komissiyasının sənədinə görə, 45 milyon avro dəyərindəki layihə çərçivəsində Qara dənizin beynəlxalq suları ilə uzunluğu 1100 kilometr olan internet kabelinin çəkilməsi planlaşdırılır. Qeyd olunub ki, Aİ ölkələrini Qafqazla əlaqələndirəcək layihə eyni zamanda Avropanın Rusiya ərazisindən keçən quru fiber-optik internet kabellərindən asılılığını azaldacaq.

Məlumatda qeyd edilib ki, layihənin praktikiliyi və həyata keçiriləcəyi zamanla bağlı suallar qalır, xüsusilə də Rusiyanın Qara dənizdəki gəmiləri ilə döyüş əməliyyatları həyata keçirdiyi bir dövrdə. Gürcüstanın rəqəmsal kommunikasiyasını inkişaf etdirmək məqsədilə Aİ və Gürcüstan birlikdə hələ 2021-ci ildə Qara dəniz internet kabeli layihəsinə ehtiyac olduğunu müəyyən ediblər.

Lakin Ukraynada müharibənin başlaması layihənin icrasını sürətləndirib.

Hazırda beynəlxalq internet traffikinin təxminən 99 faizi (data, mesajlar, emaillər, video zənglər və s.) uzunluğu 1,4 milyon kilometr olan 400-dən çox aktiv sualtı internet kabelləri vasitəsilə həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam