Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polşa parlamenti Ukraynanın NATO üzvlüyünə "HƏ" dedi

Polşa Senatı Ukraynanın NATO-ya qəbulu ilə bağlı qətnaməni təsdiqləyib. 

Yenixeber.org:İclasda senatorlar qətnaməni yekdilliklə dəstəkləyiblər. 

Bundan əlavə, qətnamədə bildirilir ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Ukrayna “açıq qapı siyasəti ilə bağlı əvvəlki bəyanatlardan xeyli çox” dəstək almalıdır. 

"Bir illik dəhşətli müharibədən sonra biz bilirik ki, Ukrayna Rusiyanın qarşısında dayanaraq Avropanı müdafiə edir və qitəni Şərqdən gələn təcavüzdən qoruyan əsas halqadır. Ukrayna bu gün qeyri-adi döyüş təcrübəsi ilə qitənin ən güclü ordusuna malikdir. Ukrayna ordusu sürətlə NATO avadanlığı ilə yenidən təchiz edilir və Qərb müttəfiqləri arasında onilliklər ərzində işlənib hazırlanmış əməliyyat və taktikalarından istifadə edir. Hazırda onlar NATO ölkələri ilə daha sıx siyasi və hərbi əməkdaşlıq vasitəsilə real dəstəyə ehtiyac duyurlar", - sənəddə deyilir. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam