Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Gürcüstanın beyin mərkəzi "Millət İttifaqı"nın xarici siyasətindən YAZDI

Gürcüstanda fəaliyyət göstərən Strateji və Beynəlxalq Araşdırmalar üzrə "Rondeli" Gürcü Fondu Türkiyədə müxalifətin "Millət İttifaqı"nın hakimiyyətə gələcəyi və CHP sədri Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə Türkiyə xarici siyasətinin necə olacağı barədə analitik material dərc edib. 

Yenixeber.org:Analiz "Türkiyə müxalifətinin xarici siyasi vədləri nədən ibarətdir?" adlanır. 

"2023-cü il mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Bir çox digər məsələlərlə yanaşı, müxalifətin xarici siyasət baxışının və vədlərinin nədən ibarət olması maraq doğurur. 6 müxalifət partiyası seçkiqabağı proqramlarını dərc edib və burada xarici siyasətə ayrıca fəsil ayrılıb. Sənəddə qeyd olunur ki, Türkiyə xarici siyasətində respublikanın qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada sülh” prinsipini rəhbər tutacaq", - deyə qeyd olunub. 

"Müxalifət iddia edir ki, ölkə Qərblə yaxınlaşacaq: ABŞ-la münasibətlər inkişaf edəcək və ölkənin Avropa İttifaqına daxil olması prioritet məsələlərdən birinə çevriləcək. Sənəddə NATO-ya üzvlüyün vacibliyi vurğulanır. Müxalifət deyir ki, ölkə F-35 əldə etmə proqramına (Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini alan zaman Vaşinqtonun dayandırdığı proqram) qayıdacaq. Ancaq Rusiya HHM sistemlərinin gələcək taleyi haqqında heç nə deyilmir", - materialda bildirilib. 

"Rusiya ilə bağlı sənəddə Türkiyə-Rusiya münasibətlərinin “institusional səviyyədə balanslı və konstruktiv dialoqa” əsaslanacağı bildirilir. Yunanıstan və Kiprlə münasibətlərdə diplomatiya və dialoqa üstünlük veriləcək. Amma bir şərtlə ki, Türkiyənin milli maraqları qorunsun. Sənəddə Azərbaycanla, ümumiyyətlə, bütün türk dünyası ilə əlaqələrin möhkəmlənəcəyi qeyd olunur. Eyni zamanda Ermənistanla münasibətləri normallaşdırmaq istəyirlər", - fondun analizində vurğulanıb. 

"Suriya ilə bağlı sənəddə Türkiyədə yaşayan milyonlarla suriyalı qaçqının ən qısa müddətdə öz vətənlərinə qaytarılması üçün çalışacaqlarından bəhs edilir. Suriyanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsi və Suriya hökuməti ilə müxalifət arasında dialoqun aparılmasının zəruriliyindən də danışılır. Xarici-siyasi məsələlərlə bağlı yuxarıda qeyd olunan müzakirələrə baxmayaraq, sənəddə Türkiyənin xarici siyasəti üçün ənənəvi əhəmiyyət kəsb edən aktual məsələlər barədə heç nə deyilmir", - müəllif yazıb. 

"Məsələn, Çindəki türkdilli uyğurlar mövzusu müxalifətin proqram sənədində yer almayıb; Liviyada davam edən vətəndaş müharibəsi; Rusiya-Ukrayna müharibəsi; Qara dənizin təhlükəsizlik məsələsi; Gürcüstanın ərazi bütövlüyü mövzusu, Suriyadakı silahlı birləşmələr və s. Ancaq o da vurğulanır ki, onlar hakimiyyətə gəlsələr, ənənəvi olaraq bu işlərə çox yaxşı bələd olan Türkiyənin Xarici İşlər Nazirliyi kimi güclü bir quruma böyük səlahiyyət verəcəklər", - deyə yekunlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam