Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“Biz təkbaşına iqtidar olmaq istəyirik”

 

 

Kamal Kılıçdaroğlu: “İki ölkə arasında gərginliyin sona çatdırılması üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması gərəkdiyini hər zaman söyləmişik”
 
“Uyğun bir vaxtda Azərbaycana səfər edəcəm”
"Xeberinfo.com":  Ankaraya gələndə hədəflərimdən biri də ölkənin siyasi həyatına ciddi təsiri olan, nüfuzlu siyasətçilərlə, dövlət adamları ilə müsahibə etmək idi. Açığı bir neçə ünvana, o cümlədən baş nazirin ofisinə də müraciət etdim. 
 
İlk müsbət cavabı Türkiyənin ana müxalifət partiyası CHP-dən gəldi. CHP sədrinə müsahibə müraciətimizə mətbuat üzrə köməkçisi Okan Konuralpun ciddi dəstəyi oldu. Seçki kampaniyasının ən qızğın vaxtı və gərgin siyasi atmosferin davam etdiyi bir zamanda CHP sədri Kamal Kılıçdaroğlu ilə müsahibə etdik. 
 
- Cənab Kılıçdaroğlu, bu ayın əvvəlində Türkiyə cümhuriyyət tarixində ən qanlı terroru yaşadı. İlkin təsbitlərinizlə media vasitəsilə tanış olduq. Hazırda bu hadisə ilə bağlı dəyərləndirmələriniz necədir? Məlum olduğu kimi hər bir terror aktının arxasında onun sifarişçilərinin məqsədləri dayanır. Necə düşünürsünüz, Ankara terrorunu sifariş edənlərin məqsədləri nədir? 
- Yaşadığımız terror hücumu tariximizə qara bir ləkə olaraq keçdi. Rəsmi açıqlamaya görə, 102  insanımız həyatını itirdi, yüzlərlə də yaralımız var. Paytaxtın mərkəzində, polis və kəşfiyyat başda olmaqla bir çox mühüm dövlət orqanlarının binalarına yaxın bir ərazidə baş verən terror hadisəsi ölkəmizdə bir müddətdir yaşanan ictimai bölünməni daha da dərinləşdirdi. Həmvətənlərimiz bu gün bir travma yaşayır. 
Hadisənin ilkin təsiri keçdikdən sonra daha geniş kontekstdə baxdıqda bunu görürəm: bu terror hadisəsi bütün xəbərdarlıqlarımıza baxmayaraq, AKP-nin israr etdiyi iki əsas yanlışın nəticəsidir. Birinci, səhv xarici siyasəti uzun illərdir məzhəbçi bir baxış və xəyalpərvər bir anlayışla təşkil olunmasıdır. AKP bu məqsədlə beynəlxalq terror şəbəkələrinin əvvəlcə sərhədlərimizə toplanmasına, daha sonra isə ölkəmizdə fəaliyyət göstərmələrinə, yumşaq desək, göz yumdu. İkinci yanlış isə iqtidarda qalmaq üçün cəmiyyəti bölmə və qütbləşdirmə siyasəti oldu. Birlik, bərabərlik və ictimai sülhün özülündən sarsıdan bu siyasət anlayışı Ərdoğan başda olmaqla AKP yetkililəri tərəfindən mənimsənildi. İnsanlarımız bir-birinə düşmən edildi. 
Artan qütbləşmə və ortaq dəyərlərimizin yara alması bizi bu cür böyük miqyaslı terror hücumlarının hədəfinə çevirdi. Ankara terrorunun arxasında olan güclər bu problemlərdən istifadə edərək terroru həyata keçirə bildilər. Bu terror xalqımızın ortaq dəyərlərinə, sabit və sülh axtarışlarına zərbə vurmağı hədəfə alıb. Müasir demokratik cəmiyyətdə yaşamaq istəyən insanlarımıza göz dağı vermək məqsədi güdür. Fəqət, heç kəsin azca da olsa şübhəsi olmasın ki, CHP xalqımızın da getdikcə artan dəstəyi ilə cəmiyyətimizi terror vasitəsilə qorxutmağa çalışanlara imkan verməyəcək. 
- Terrora qarşı milli birlik çağırışı etdiniz. Bu istiqamətdə nələri etməyi təkli edirsiniz? Partiya olaraq CHP-nin bu məsələ ilə bağlı hansı təklifləri, planları var? 
- Xalqımızın uzaqgörənliyini qoruması və bütün siyasi oyunçularına da “öncə Türkiyə” deyən anlayışla hərəkət etməsi lazımdır. Cümhuriyyət Xalq Partiyası Türkiyəni idarə etsəydi, belə bir problemlə qarşılaşmazdıq. Çünki biz terrorun bu şəkildə himayə olunmasına imkan verəcək heç bir açıq qapı saxlamazdıq. Xarici siyasətdə xəyalpərvər deyil, realist davranardıq. 
Cəmiyyəti etnik, dini, siyasi görüşlərinə görə, qütbləşdirməz, kimlik siyasəti apararaq ictimai anlaşma vəziyyətini bu qədər problemli hala gətirməzdik. Bir şeyi də əlavə edim ki, biz lazım olan təhlükəsizlik və kəşfiyyat tədbirlərini də görərdik. Biz avqustun 9-da bir məruzə hazırlayaraq bu terror qruplaşmasının Türkiyədə necə təşkilatlandığını, necə təbliğat apardığını, qruplaşma üzvlərinin haralara gedib hansı təlimləri aldığını ortaya çıxardıq. Qəzetlər terrorçuların adlarını bir-bir yazaraq iqtidara xəbərdarlıq etdilər. Analar, atalar dövlət məmurlarının yanına gedərək “oğlumu həbs edin, özünü partladacaq” dedilər. Bir ana belə bir şəkildə yalvarır, dövlət məmurları isə film izləyirmişlər kimi prosesləri müşahidə edirlər. Bu qədər məsuliyyətsizlik bir həddən sonra qəsdə çevrilir. Lazımi tədbirlər görülsəydi, o 102 qardaşımız bu gün həyatda ola bilərdi. Bunun hesabı soruşulacaq.
 
- Sizcə, terror hadisələri seçkilərin gedişatına təsir göstərə bilərmi?
- Bu ölkənin övladları ölərkən anket sorğularına baxanların gözlərini qan bürüyüb deməli. Mənim gənc övladlarım ölərkən kimsə siyasət birjasındakı səhmlərinə baxa bilməz. Vampir kimi qanla bəslənən bir siyasət anlayışını rədd edirik. Siyasət bu ölkənin övladlarının tükünə zərər dəyməsin deyə aparılır. 
Bu vəzifəni yerinə yetirməyənlər də xalqın qarşısına çıxmaq haqqına sahib deyildir. Hətta biz sadəcə Türkiyənin deyil, bölgəmizdəki və dünyadakı bütün ölkələrdəki uşaqların xoşbəxt, rahat və sülh şəraitində yaşamasını istəyirik. Dövlət adamlarının vəzifəsi bunu təmin etməkdir.
- Seçim çalışmalarınız necə gedir? Artıq kampaniya başa çatmaq üzrədir. Cümhuriyyət Xalq Partiyasının seçki şüarlarında, vədlərində dəyişiklik varmı? Bir çox analitiklər CHP-nin ötən seçkilərlə müqayisədə bir qədər də gücləndiyini qeyd edir. Sizin təsbitləriniz necədir? CHP-nin səslərində artım nə qədər ola bilər?
- Biz cəmiyyətin bütün kəsimlərindən səs alan bir partiyayıq. Seçki fəaliyyətlərimizi yaşadığımız acı olayların təsiri altında kədərli, amma böyük bir inamla davam etdiririk. 7 iyundakı vədlərimizi dəyişdirmədik. Bir-iki məqamda günümüzün şərtlərinə görə, kiçik yeniləmələr etdik. Xarici siyasət, təhsil, iqtisadiyyat, ictimai sülhün təmin olunması, demokratikləşmə sahəsində yaranmış problemləri həll edəcəyik. Sabitlik arzulayan xalqımıza rahat nəfəs alması üçün şərait yaradacağıq. Bu mövzuda qərarlıyıq. Səslərimizin artdığını göstərən anket araşdırmalarını biz də böyük məmnunluqla izləyirik. Seçimlərdə səslərimizi ciddi səviyyədə artıracağımıza inanıram.
- Necə düşünürsünüz, bu durumda seçimlərdən sonra AKP ilə koalisiya hökuməti qurulması ehtimalı artırmı, yoxsa daha da azalacaq?
- Biz təkbaşına iqtidar olmaq istəyirik. Bu gün Türkiyənin üz-üzə qaldığı problemləri həll edə biləcək yeganə siyasi partiya CHP-dir. Kadrlarımız və müvafiq projelərimiz tam şəkildə hazırdır. Xalqımızdan da böyük, güclü və sülh içərisində bir Türkiyə qurmaq üçün səlahiyyət istəyirik. 
- CHP sədrinin Qarabağ münaqişəsi və Azərbaycan-Ermənistan savaşı barəsində görüşlərini bilmək Azərbaycan oxucuları üçün maraqlıdır. CHP-nin bu mövzuda mövqeyi necədir?
 - CHP, dost və qardaş ölkə Azərbaycanla qardaşlıq bağlarımızı qarşılıqlı inam və ehtirama əsaslanmaqla daha da gücləndirməyi hədəfləyir. Azərbaycan-Ermənistan münasibətlərinin sülhpərvər bir dayanmasını ürəkdən arzu edir və bunun üçün üzərimizə düşəni etmək istəyirik. İki ölkə arasında gərginliyin sona çatdırılması üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması gərəkdiyini hər zaman söyləmişik. Dağlıq Qarabağ probleminin həlli sadəcə iki ölkəni deyil, bölgəmizi və bütövlükdə dünyanı rahat edəcək.
 - Bu günə qədər Azərbaycana səfər etməmənizin özəl səbəbi varmı? Uyğun dəvət olarsa Azərbaycana səfər etməniz mümkündürmü? Azərbaycanda tanıdığınız, dostluq etdiyiniz siyasətçilər varmı? 
- Türkiyə-Azərbaycan münasibətləri qonşuluq əlaqələrinin çox üstündədir. Tarixi və mədəni bağlarımız qardaşlığımızın sonsuza qədər davam etməsinin təminatçısıdır. İki ölkə arasında ticarət və iqtisadi münasibətlər də xalqımızın daha da yaxınlaşmasına öz təsirini göstərir. 
Bu günə qədər Türkiyədəki olayların gərginliyi səbəbindən Azərbaycana səfər edə bilmədim. Ancaq uyğun bir zamanda Azərbaycanı ziyarət etmək istəyirəm. Bu ziyarətin ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcəyini bilirəm. “Biz bir millət, iki dövlətik” deyən Azərbaycanın milli lideri Heydər Əliyevin Türkiyə ilə yaxşı əlaqələrin qurulmasına verdiyi önəmi bu gün daha güclü bir şəkildə həyata keçirməliyik.
Kənan Rövşənoğlu
***
Musavat.com müsahibənin Türkiyə türkcəsində olan variantını da təqdim edir
***
- Sayın Kılıçdaroğlu, bu günlerde Türkiye Cümhuriyet tarihinin en kanlı terrör olayını yaşadı. İlkin tesbitlerinizi duyduk. Şuankı deyerlendirmeniz nasıldır? Her bir terrör olayının arkasında onu sipariş edenlerin bir amaçı vardır, Ankara terrörünün siparişçilerinin amaçları nedir?
- Yaşadığımız terör saldırısı tarihimize kara bir leke olarak geçti. Resmi açıklamaya göre 102 insanımız hayatını kaybetti, yüzlerce de yaralımız var. Başkentin göbeğinde, Emniyet ve istihbarat başta olmak üzere kilit önemdeki kurumların binalarına çok yakın bir mesafede gerçekleşen bu saldırı ülkemizde bir süredir yaşanan toplumsal kırılmayı derinleştirdi. Yurttaşlarımız bir travma yaşıyor bugün. Olayın sıcaklığını atlattıktan sonra daha geniş bir açıdan baktığımda şunu görüyorum: Bu saldırı, bütün uyarılarımıza rağmen AKP’nin ısrar ettiği iki temel yanlışın sonucudur. Birinci yanlış, dış politikanın yıllardır mezhepsel bir bakışla ve hayalci bir anlayışla yönetilmesidir. AKP bu amaçla küresel terör ağlarının önce sınırlarımıza yığılmasına, sonra da ülkemizde faaliyet göstermelerine bile en hafif ifadeyle göz yumdu. İkinci yanlış ise iktidarda kalabilmek uğruna izlenen toplumu bölme ve kutuplaştırma siyasetidir. Birlik, beraberlik ve toplumsal barışımızı temellerinden sarsan bu siyaset anlayışı Erdoğan başta olmak üzere AKP yetkilileri tarafından benimsendi. İnsanlarımız birbirine düşmanlaştırıldı. Artan kutuplaşma ve ortak değerlerimizin yara alması, bizi böylesine büyük çapta saldırıların hedefi yaptı. Ankara saldırısının arkasındaki güçler bu sorunlardan yararlanarak bu saldırıyı gerçekleştirdiler. Bu saldırı halkımızın ortak değerlerine, huzur ve barış arayışına darbe vurmayı hedeflemiştir. Çağdaş bir demokraside yaşamak isteyen insanlarımıza gözdağı vermeyi amaçlamıştır. Fakat, hiç kimsenin en ufak bir şüphesi olmasın, CHP, halkımızın giderek artan desteğiyle, toplumumuzu terörle yıldırmaya çalışanlara izin vermeyecektir. 
- Terröre karşı birlik çağırışı etdiniz. Bu konuda neleri etmeyi teklif ediyorsunuz? Parti olaraq Cümhuriyet Halk Partisinin bu konuda hangi önerileri, planları var?
- Halkımızın sağduyusunu koruması ve bütün siyasi aktörlerin de önce Türkiye diyen bir anlayış ile hareket etmesi gerekiyor.
Cumhuriyet Halk Partisi Türkiye’yi yönetseydi böyle bir sorunla karşılaşmazdık. Çünkü biz terörün böyle beslenmesine imkan verecek hiçbir aralık kapı bırakmazdık. Dış politikada hayalci değil gerçekçi davranırdık. Toplumu etnik, dini, siyasi görüşlerine göre kutuplaştırmaz, kimlik siyaseti yaparak toplumsal uzlaşı ortamını bu kadar sorunlu bir hale getirmezdik. Bir şey daha söyleyeyim biz gereken güvenlik ve istihbarat tedbirlerini de alırdık. Biz 9 Ağustos tarihinde bir rapor yayınladık. Bu örgütün Türkiye’de nasıl örgütlendiğini, nasıl propaganda yaptığını, örgüt üyelerinin nerelere gidip hangi eğitimleri aldığını ortaya çıkardık. Gazeteciler tek tek faillerin isimlerini yazarak iktidarı uyardı. Anneler – Babalar devlet yetkililerine giderek “oğlumu tutuklayın bu kendini patlatacak” dediler. Bir anne böyle yakarıyor, devlet yetkilileri de film izler gibi olayları izliyor. Bu kadar ihmal bir yerden sonra kasta girer. Gereken tedbirler alınsaydı o 102 kardeşimiz bugün hayattaydı. Bunun hesabı mutlaka sorulacak. 
- Terrör olayları seçimlerin gedişatını etkileye bilermi?
- Bu ülkenin çocukları ölürken ankete bakanlarin gözlerini kan bürümüş demektir. Benim gencecik, fidan gibi evlatlarım düşerken kimse siyaset borsasındaki hissesine bakamaz. Vampir gibi kanla beslenen bir siyaset anlayışını reddediyoruz. Siyaset bu ülkenin çocuklarının kılına zarar gelmesin diye yapılır. Bu görevi yerine getiremeyenler de halkın karşısına çıkma hakkına sahip değildir. Hatta biz sadece Türkiye’nin değil bölgemizdeki ve dünyadaki bütün ülkelerdeki çocukların mutlu, huzurlu, barış içerisinde yaşamasnı istiyoruz. Devlet adamlarının görevi bunu sağlamaktır.  
 
- Seçim çalışmalarınız nasıl gediyor? Cümhuriyet Halk Partisinin seçki şüarlarında, vaatlerinde deyişiklik varmı? Bir çok analistler partinizin güçlendiyini söylüyor. Sizin tesbitleriniz nasıldır? CHP-nin oylarında artım ne kadar ola bilir? 
 
Toplumun bütün kesimlerinden oy alan bir partiyiz. Seçim çalışmalarımızı yaşadığımız acı olayların etkisinde buruk bir şekilde ama büyük bir inançla sürdürüyoruz. 7 Haziran’daki vaatlerimizi değiştirmedik. Bir-iki noktada günümüzün şartlarına göre küçük güncellemeler yaptık. Dış politika, eğitim, ekonomi, toplumsal barışın sağlanması, demokratikleşme alanlarında yaşanan sorunları çözeceğiz. Huzur isteyen halkımıza rahat bir nefes aldıracağız. Bu konuda kararlıyız. Oylarımızın arttığına ilişkin araştırmaları biz de büyük bir dikkatle ve mutlulukla takip ediyoruz.  Seçimlerde oylarımızı ciddi bir oranda artıracağımıza inanıyorum. 
 
- Seçimlerden sonra AKP ile koalisyon ihtimalı çoxğalıb, yoksa daha da azalıb?
 - Biz tek başına iktidar olmak istiyoruz. Bugün Türkiye’nin karşı karşıya bulunduğu sorunları çözebilecek tek parti Cumhuriyet Halk Partisi. Kadrolarımız da projelerimiz dört dörtlük. Halkımızdan da büyük, güçlü ve barış içerisinde bir Türkiye kurmak için yetki istiyoruz. 
 
 - CHP genel başkanının Karabağ problemi ve Azerbaycan-Ermenistan savaşı baresinde görüşü nasıldır? CHP-nin bu konuda tavrı nasıldır?
 - CHP, dost ve kardeş ülke Azerbaycan’la kardeşlik bağlarımızı karşılıklı güven ve saygı esasına dayalı olarak daha da güçlendirmeyi hedefliyor. Azerbaycan-Ermenistan ilişkilerinin barışçıl bir zemine oturmasını yürekten arzuluyor, bunun için üstümüze düşeni yapmak istiyoruz. İki ülke arasındaki gerginliğin son bulması için Ermenistan’ın işgal ettiği Azerbaycan topraklarından çekilmesi gerektiğini hep söylüyoruz. Dağlık Karabağ sorununun çözümü sadece iki ülkeyi değil bölgemizi ve dünyayı da rahatlatacaktır.
- Azerbaycana neden hiç gelmemenizin sebebi nedir? Uyğun davet gelirse Azerbaycana sefer etmeniz mümkünmü? Azərbaycanda tanıdığınız politikacılar, siyaset adamlarından kimleri tanıyırsınız?
- Türkiye-Azerbaycan ilişkileri komşuluk ilişkisinin çok ötesindedir. Tarihi ve kültürel bağlarımız kardeşliğimizin sonsuza kadar süreceğinin teminatıdır. İki ülke arasındaki ticari ilişkiler de halklarımızın kaynaşmasına katkıda bulunmaktadır. Bugüne kadar Türkiye’deki olayların yoğunluğundan dolayı Azerbaycan’ı ziyaret edemedim. Ama uygun bir zamanda Azerbaycan’ı ziyaret etmek isterim. Bu ziyaretin ülkelerimiz arasındaki iyi ilişkileri geliştireceğini de biliyorum. “Biz ayrı iki devlet ama tek milletiz” diyen Azerbaycan’ın milli lideri Haydar Aliyev’in Türkiye’yle iyi ilişkilere verdiği önemi bugün daha güçlü bir şekilde hayata geçirmeliyiz.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam