Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cənubi Koreya, ABŞ və Yaponiya genişmiqyaslı hərbi təlimlərə başladı

 Bu gün Cənubi Koreya, ABŞ və Yaponiya Şərq dənizində üçtərəfli birgə təlimə başlayıb.
Yenixeber.org: Bu barədə Koreyanın Yonhap nəşri ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb. Bildirilir ki, təlim çərçivəsində bölgəyə üç esmines cəlb edilib.

Bu hərbi gedişin Cənubi Koreya, ABŞ və Yaponiyanın Koreya Xalq Demokratik Respublikasının (KXDR) son təxribatçı hərəkətləri fonunda baş verməsi 3 ölkənin təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirmək qərarı ilə əlaqələndirilir.

Təlimdə kompüter simulyasiyalarından istifadə etməklə ballistik raket hədəflərinin aşkarlanması və izlənilməsi prosedurları da həyata keçiriləcək.

Xatırladaq ki, bir neçə gün öncə KXDR Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam