Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Baş nazirdən şok iddia

 

 

"Prezidenti, ailələrimizi, uşaqlarımızı, hər kəsi dinləyiblər”.

 

 
     "xeberinfo.com": Bu sözləri Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Tehran səfərini başa vurub Vətənə dönərkən uçaqda qəzetçilərlə söhbətində deyib. Baş nazir bildirib ki, dinləmə məsələsində Türkiyənin ağır cinayətlərə dair məhkəmələri qərar verməlidir. Baş nazirin fikrincə, yetkili şəxslərin dinləməsi üzrə məhkəmə qərarlarının qəbul edilməsi prinsipi dəyişdirilməlidir: “Məhkəmələr bu qərarı səs çoxluğu ilə qəbul etməməlidir, bunun üçün bütün məhkəmə heyəti qərarın lehinə səs verməlidir. Dinləmələrin müddəti də çox ciddi məsələdir. Bu sahədə də düzən yaradılmasına ehtiyac var. Bilirsiniz ki, indi dinləmədə zaman məhdudiyyəti yoxdur. Biz təklif edirik ki, öncə 3 aylıq dinlənmə olsun, ehtiyac olarsa 3 dəfə 1 ay olmaq şərti ilə uzadılar bilər. Yəni dinlənmə müddəti 6 ayı keçməməlidir. Etmədikləri iş qalmayıb. Prezident, parlament sədri, mən, bizim ailə üzvlərimiz, hər kəs dinlənib”.
    Ölkənin məhkəmə sisteminə dəyişikliklər edilməsi məsələsindən danışan baş nazir deyib ki, indiyə qədər fəaliyyət göstərən özəl yetkili məhkəmələr ləğv edilməli onların bütün səlahiyyətləri ağır cinayətlər üzrə məhkəmələrə verilməlidir: “Bundan sonra prokuror bir neçə polisi, jandarma komissarını çağırıb “gedin filan yerə basqın edin” deyə bilməyəcək. Polis öncə bu məsələ ilə bağlı validən razılıq alacaq. Bu məqsədlə valiliklərdə xüsusi bir müavinlik postu təyin ediləcək. Vali yardımçıları bu məsələni polis rəisləri ilə müzakirə etdikdən sonra hansısa əməliyyata başlanması qanuni sayılacaq”. 
    Qeyd edək ki, AKP-nin Türkiyənin məhkəmə sisteminə təklif etdiyi bu dəyişiklik müxalifətin ciddi etirazlarına səbəb olub. Çünki valiləri baş nazir təyin edir. Polis rəisinin hər hansı əməliyyat keçirmək üçün hakim partiyanı təmsil edən mülki şəxsdən - validən icazə alması ölkənin hüquq sisteminə zərbə kimi qiymətləndirilir. Müxalifətçilər bildirir ki, bu dəyişikliklər ölkədə ədalətin təmin edilməsinə deyil, hakim partiyanın bir daha 17 dekabr Böyük Rüşvət əməliyyatı tipli şok yaşamamasına xidmət edir. 
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam