Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ATƏT-dən Almaniyaya xəbərdarlıq

 

Almaniyada son günlər “Netzpolitik.org” saytının iki jurnalisti ilə bağlı mübahisələr bitmək bilmir. Federal hökumətin həmin jurnalistlərə qarşı sərt davranması Almaniyanın dünya çapında mediaya təzyiq edən ölkə kimi göstərməkdədir.
"Xeberinfo.com":  Məlumata görə, azvision.az Almaniyanın “Tagesspiegel” qəzetinə istinadən xəbər verir ki, məsələ ilə bağlı ATƏT Almaniyanı çox sərt şəkildə tənqid edib. Belə ki, bu olayla əlaqədar müzakirələrdə ATƏT mövcud problemi Almaniyanın mətbuata qarşı etdiyi “hörmətsizlik” adlandırıb.

Müzakirələr zamanı Dunya Miyatovic ATƏT-in media azadlığı ilə bağlı müddəalarını xatırlaraq qeyd edib ki, federal hökumətin “vətənə xəyanət” maddəsi ilə başlatdığı istintaq tədqiqatçı jurnalistikaya qarşı atılmış qorxulu və xoşagəlməz addımdır.

ATƏT söz, informasiya və fikir azadlığı, eləcə azad mediaya dair 1997-ci ilin qanunu xatırlaraq, Almaniyanın Xarici İşlər Naziri Frank Valter Ştayn-Mayerə sərt müraciət ünvanlayıb. Müraciətdə xatırladılır ki, vaxtilə Almaniya azad mediaya dair konvensiyaya imza atarkən söz azadlığı və azad media aid kriteriyaları dəstəklədiyini bildirmişdi... 

ATƏT tərəfindən bu kimi hallarla bağlı Almaniyaya tövsiyə olunur ki, medianın azadlığına əngəllər yaradılmamalı, sərbəst fəaliyyətə müdaxilə olunamamlı, mətbuatın azad işləməsinə basqı olmamalı, həmçinin hazırkı məsələ ilə əlaqədar güzəştə gedilməli və onun müzakirəli formada həll edilməsinə şərait yaradılmalıdır.

Müraciətdə Almaniya hakimiyyəti medianın azadlığına qarşı yönəlmiş təzyiqləri durdurmağa, o cümlədən, azad sözə müdaxilə etməməyə səslənir.

Müraciətin bəndlərinin birində deyilir ki, Alman hökuməti “Netzpolitik.org” saytının fəaliyyəti ilə bağlı başlatdığı cinayət prosedurunu cəriməylə əvəzləməyə çalışmalıdır.

Ümmiyyətlə, ATƏT Almaniya hakimiyyətinə səslənərək bu kimi hallarda ölçü götürərkən mütləq şəkildə söz azadlığına hər hansı bir xələlin gətirilməməsinə, o cümlədən, azad fəaliyyətinə qarşı hər hansısa bir sıxıntının yaradılmamasına dair ciddi xəbərdarlıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam