Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ dollarının yüksəlməsi hansı ölkələrə böhran siqnalı verir?

 

 Əmtəə qiymətlərində azalma, kredit problemi və möhkəmlənən dollar inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına mənfi təsir etməkdə davam edir. Tarixdə dolların gücləndiyi və əmtəə qiymətlərinin azaldığı dövrlərə baxsaq, bu dəfə də inkişaf etməkdə olan ölkələr çətinliklə üzləşəcəklər.

"Xeberinfo.com":   Məlumata görə, "Report" analitik qrupu qeyd edir ki, məhz ABŞ-da uçot dərəcəsinin artması ərəfəsində möhkəmlənən dollar və azalan əmtəə qiymətləri 1980-ci illərdə Latın Amerikası ölkələrində böhrana səbəb olmuşdu. 10 il sonra, 1990-cı illərdə isə dolların yenidən möhkəmlənməsi prosesi Asiya ölkələrini sərt böhranla üz-üzə qoymuşdu. Nəticədə bu ölkələr sabit valyuta məzənnəsini tərk etməyə məcbur olmuşdular.

Hazırda da eyni ssenari təkrarlanır. ABŞ-in uçot dərəcəsini yüksəltməyə başlaması xəbəri əmtəə qiymətlərini aşağı salır, dolları gücləndirir və likvidliyin azalmasına səbəb olur. Bu, ən çox Braziliya, Rusiya və Cənubi Afrika kimi əmtəə ixrac edən ölkələrdə hiss olunur.

Araşdırma şirkəti olan "Macro İntelligence 2 Partners"in menecerı Julian Bridgen bildirb ki, inkişaf etməkdə olan ölkələr üçün böhran yaxınlaşır: "Simptomlar çoxdur, amma ən önəmlisi güclənən dollardır".

Dollar daha nə qədər yüksələ bilər?

Federal Ehtiyat Sisteminin (FES) inflyasiyaya görə tənzimlənmiş dollar göstəricisi, yəni dolların ABŞ-ın önəmli ticarət partnyorları qarşısında səviyyəsinin göstəricisi 2011-ci il iyul ayındakı minimal səviyyəsindən 17% artıb. Yuxarıda qeyd olunan iki belə hadisə 1978-ci ildən 1985-ci ilə kimi dolların 53% və 1997-2002-ci illər arasında 34% artdığını göstərir. Aşağıdakı qrafik də bunu əyani göstərir: 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam