Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Dolların məzənnəsi dəyişə bilər

 

“Uçot dərəcəsinin artırılması dolların məzənnəsinə təsir göstərəcək”

 

"Xeberinfo.com":  Məlumata görə, iqtisadçı ekspert Vüqar Bayramov dolların məzənnəsində azalmaların müşahidə olunacağını vurğulayıb:

 

“ABŞ Federal Rezerv Bankı dolların məzənnəsinin yüksəlməsi və uçot dərəcəsinin artırılması ilə bağlı qərarı  2014-cü ilin sonunda qəbul etməliydi. Ancaq bu qərar gec qəbul olundu. Təbii ki, bu da dolların məzənnəsinin möhkəmlənməsinə və ABŞ-ın ixrac imkanlarının məhdudlaşmasına səbəb olmaqla yanaşı, ölkə daxilində inflyasiyaya təsir göstərdi. Qərarda əsas məqsəd ABŞ və dünyada kredit faizlərinin artırılmasına müəyyən qədər nail olmaq və dolların məzənnəsindəki möhkəmlənmələrin qarşısını almaqdan ibarətdir. Onu da nəzərə alaq ki, bu möhkəmlənmə praktik olaraq davam edir. Bu, birmənalı şəkildə dünyada kredit faizlərinin bahalaşmasına təsir göstərəcək. Ancaq bu qərarın Azərbaycanda ipoteka kreditlərinin azalmasına səbəb olacağı güman edilmir. Çünki ölkədə ipoteka kreditlərinin maliyyələşdirilməsi dövlət büdcəsi və ipoteka fondunun yerləşdirildiyi ipoteka istiqrazları satışından əldə olunan vəsaitlər hesabına həyata keçirilir. Təbii ki, hər iki vəsait nə ABŞ-ın uçot dərəcəsinə, nə də beynəlxalq kredit faizlərinə yaxındır. Bu baxımdan ABŞ-da uçot dərəcəsinin artırılması qərarı Azərbaycana təsir göstərməyəcək”.

V. Bayramovun sözlərinə görə, uçot dərəcələrinin artırılmasından sonra heç bir halda ipoteka kreditləri düşməyəcək:

“Ümumiyyətlə, 2015-ci ildə sosial ipoteka kreditləşməsinə 50 milyon, adi ipotekaya 90 milyon, daxili ipotekaya 80 milyon manat ipoteka kreditinin verilməsi proqnozlaşdırılır. Bu, o deməkdir ki, bütövlükdə 2015-ci ildə ipoteka kreditləşməsinə təxminən 250 milyon manata yaxın vəsait ayrılacaq. Məhz bu baxımdan bu il Azərbaycanda təklif edilən ipoteka kreditlərinin azalması deyil, əksinə ipoteka kreditləşməsinin məbləğ olaraq artırılması daha realdır. ABŞ-da FRB-nin uçot dərəcəsinin dəyişməsinə və dünyada kredit resurslarının bahalaşmasına baxmayaraq, Azərbaycanda 2015-ci ildə birmənalı şəkildə ipoteka kreditləşməsinə ayrılan vəsaitlərin həcminin artacağı proqnozlaşdırılır”.

 

Axar.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam