Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Neftin qiyməti 50-55 dollar arasında dəyişəcək”

 

İranın nüvə proqramı üzrə razılıq əldə etməsi fonunda.
"Xeberinfo.com":  İran ilə Avropa ölkələri arasında nüvə proqramı üzrə razılıq artıq bazara öz təsirini göstərib. Neftin qiymətləri artıq aşağı enmək üzrədir. Bu, birjalara informativ təsir göstərir, ola bilsin ki, qiymətlər bir müddətdən sonra artsın. Oxu.az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “İran ilə Avropa ölkələri arasında nüvə proqramı üzrə əldə olunan razılıq bazara hansı təsiri göstərəcək” sualını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə edildikdən sonra neftin qiyməti 3,8% artıq ucuzlaşıb, dünən axşam isə ondan da aşağı düşmüşdü.
İlham Şaban bildirir ki, İran faktiki olaraq bazara nefti 2015-ci ilin ikinci yarısından buraxa biləcək:
“Bu o demək deyil ki, İran bu gün və ya sabah öz neftini dünya bazarına çıxara bilər, çünki bu danışıqların yekunu olaraq belə bir qərar qəbul olunub ki, 30 iyun 2015-ci ildə tərəflər arasında son qərar qəbul olunmalıdır. Yəni İran real baxımından bazara neft çıxarmağı ilin ikinci yarısından əldə edəcək”.
Ekspert bəzi yanaşmalar da ortaya qoyur:
“İkinci bir tərəfdən düyməni basmaqla bir milyon barel nefti dünya bazarına çıxarmaq faktiki olaraq real deyil və ABŞ öz neft sənayesini bununla çökdürməyi də planlaşdırmır. Mətbuatda isə “Neftin qiyməti 30-40 dollara qədər enəcək” başlıqlı xəbərlərə rast gələcəyik”.
İlham Şaban bildirir ki, neftin qiyməti yenidən 50-55 dollar arasında qalacaq:
“Artıq bazar iştirakçıları 2015-ci il üçün təhlil edərək bu qənaətə gəliblər ki, cari ildə İran bazara real olaraq 300-400 min barel neft verə biləcək, çünki bu dondurulmuş quyular ki var, onları istifadəyə vermək çətin deyil, sadəcə ora investisiya qoymaq lazımdır. Bu, vaxt aparan bir prosesdir. Bunun nəticəsində dünya bazarına real olaraq 300-350 min barel neftin atılması bazarda hansısa böyük bir dəyişikliyə səbəb olmayacaq. Neftin real qiyməti 50-55 dollar arasında qərarlaşacaq”.
Ekspert bildirir ki, razılığın əldə olunmasında siyasi tərəflər də mövcududur və nüvə proqramı üzrə razılığın əldə eidlməsi hadisələrin sadəcə olaraq başlanğıcıdır.
Qeyd edək ki, dünən İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin Oxu.az-a bildirmişdi ki, tərəflər arasında razılığın əldə edilməsi neftin qiymətini ucuzlaşdıracaq.
Xatırladaq ki, dünən axşam İranın Xarici İşlər naziri bildirmişdi ki, İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə razılıq əldə edilib.
“Razılıq əldə olunub. Biz dərhal sənədin layihəsi üzərində işə başlayırıq”, Məhəmməd Cavad Zərif qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam