Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

«TİEUS” MMC (İNDİ «QREN LAİT») ŞİRKƏTİNİN İŞƏ QƏBUL FIRILDAĞI-YENİLƏNİR

 

image here


Məmməd Məmmədov: «Vəkillər Kollegiyasının üzvü Əfsər Talıvov və ailə üzvləri məni və xanımı aldadaraq 71 min manat pulumuzu mənimsəyiblər…»

Yenixeber.org: Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küç, ev 1, mənzil 3-də yaşayan Məmmədov Məmməd Bahadur oğlu və onun həyat yoldaşı Məmmədova Zemfira Abbasəli qızı tərəfindən Azərbaycan Respublikasının birinci vitse- prezidenti xanım Mehriban Əliyevaya, surəti Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikası daxili işlər naziri cənab Ramil Usubova, Azərbaycan Vəkillər Kollegiyasının sədri cənab Azər Tağıyevə və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayət məktubunu bu gün təkrarən redaksiyamıza təqdim etdi (həmin şikayətlər aidiyyəti üzrə göndərilib). 
Dünən bu barədə qısa bəhs edərək bildirmişdik ki, təxminən 4 ay əvvəl redaksiyamıza Bakı şəhər sakini, tanınmış alim, professor Məmməd Məmmədov gəldi. Professor ahıl yaşında bir qrup dələduzun dələduzluğuna məruz qaldığını söylədi, sonra video və audio müsahibə verdi, bir sıra sənədləri təqdim etdi… Danışdıqca kövrələn, sadəcə, ilin-günün bu vədəsində durduğu yerdə səmimiliyindən sui-istifadə edən bir qrup şəxsin, xüsusən də Cəlalə Talıbova adlı cavan bir qızın müxtəlif cildə girərək onu aldadıb 70 min manatdan çox nəğd pulunu işə götürmək adı altında ələ keçirməsindən təsirlənirdi. Onu dinlədikcə biz də təəccüblənir və təsirlənirdik… Professorun şikayət ərizəsində oxuduqlarımızdan dəhşətə gəlirdik. Məlum olurdu ki, çin əsilli şəxslərin yaratdığı və Azərbaycanda pensiyada olan alimləri və sabiq məmurları yüksək maaşla işə qəbul etmək fırıldağına könül vermiş «Tiens (indiki «Qren Layn») MMC-də ağlagəlməz fırıldaqlar baş verir. Bizim bəzi nankorlar isə çinlilərə yem ünvanı tapmış kimi, işə girmək üçün aldadılan insanları dərdə-bəlaya salırlar. Belə bəlakeşlərdən biri də tanınmış vəkillərdən birinin qızı və ailə üzvləri olur… 
Biz həmin vəkili redaksiyaya dəvət etdik… Məlum oldu ki, onun qızı elə bu iş üzrə şikayət əsasında həbs edilib, əvvəllər Nəsimi RPİ-də istintaq aparılıb… Dünəndən (05 sentyabr 2017-ci il tarixdən isə istintaq materialları Yasamal RPİ-yə göndərilib(?). Bu barədə az sonra ətraflı bəhs ediləcək…
Beləliklə, vəkil qızı ilə bağlı baş verənləri etiraf etdi və kömək istədi… Biz həmin vəkili tanıdığımız üçün onun acizanə xahişi ilə əlimizdən gələni edərək tərəfləri barışdırmağa, şikayətçi M.Məmmədovun sülhə gəlməsinə səy göstərdik. Çətinliklə də olsa onu razı saldıq… Vəkil isə söz verdi ki, bir həftəyə borclunun 5 min manatını qaytaracaq, sonra isə qalan hissələri… Amma…

                             Yalan ayaq tutur, amma yerimir…

Bəzən mətbuatı qınayırlar ki, filan məsələdə belə yox, elə etməli idi. Biz 4 aydır ki, «Təzadlar» olaraq həmin tanınmış vəkilə vəkillik etməkdəyik, təki onun həbsdə olan qızı çölə çıxsın. Prosessual qanunvericiliyin tələbi isə budur ki, borc sahibinin borcu ödənilməsə və onun razılıq-barışıq ərizəsi olmasa, dələduzluğa görə həbs edilən nə həbsdən buraxıla bilər, nə də zaminə verilər. Amma biz hər dəfə şikayətçi M.Məmmədova xahiş edirdik ki, vəkil söz verib, gələn həftə borcunuzu qaytarır, yazını dərc etməyək, bir az da gözləyək… Beləcə, şikayətçi səbr etməyindən, adını çəkmək istəmədiyimiz vəkil isə söz verməyindən qalmırdı… Və artıq 4 ay keçir bu vədlərdən. 
*** 
İki gün əvvəl şikayətçi M.Məmmədov və onun həyat yoldaşı Z.Məmmədova redaksiyamızda oldu… Biz onlara problemin həllində kömək edəcəyimizə söz vermişdik, bizə də onları aldatmış qızın vəkil atası söz verirdi... Və qalmışdıq odla-su arasında. Sonuncu dəfə onların yanından 4 aydır söz verən vəkilə zəng vurduq, bu dəfə isə zəngimizə cavab vermədi. Düşündük ki, şikayətçi bu dəfə bizim onu aldatdığımızı düşünsə, onda necə olacaq?!
Odur ki, şikayəti ictimailəşdirməyi qərara aldıq… Əsas məqsədimiz isə budur ki, heç olmasa, bundan sonra bəzi insanlar «Tiens (indiki «Qren Layn») MMC-nin toruna düşməsinlər… Yenə də qarşı tərəfə məsləhət görərdik ki, ziyanın yarısından da qayıtmaq xeyirdir. Bu məntiqlə də problemini nə qədər tez həll etsə, bir o qədər yaxşıdır. Çünki borc içində batan iki ahıl insanın-Məmməd və Zemfira Məmmədovların düşdükləri çətin durumda çəkdikləri əzablara, müstəntiqin get-gəllərinə və onların bu bezdirici istintaqdan yorulub əldən düşməyinə dəyərmi? 

                         Müstəntiqlər dələduzları niyə müdafiə edir?


Beləliklə, M.Məmmədov və Z.Məmmədovanın Azərbaycan Respublikasının birinci vitse- prezidenti xanım Mehriban Əliyevaya, surəti Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikası daxili işlər naziri cənab Ramil Usubova, Azərbaycan Vəkillər Kollegiyasının sədri cənab Azər Tağıyevə və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayət məktubunu ixtisarla təqdim edirik:
Hörmətli Mehriban xanım!
Hörmətli cənablar!
Nəzərinizə çatdırmaq istəyirik ki, biz təqaüdçüyük. Hər ikimiz əmək veteranıyıq və 57 illik iş stajımız vardır. Maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün 2014-cü ildə Çin vətəndaşı olan şəxslərin Bakıda yaratdıqları «Tieus” MMC (indiki adı «Qren Lait») şirkətinin işə qəbul barədə elanına əsasən onlara müraciət etdik. O zaman Rəşid Behbudov küçəsi-53-də yerləşən ofisə getdik. Bizi ofisin rəhbəri kimi təqdim edilən Əkbər Həşimov və menecer Cəlalə Əfsər qızı Talıbova qəbul etdi, bizə qəbul edəcəkləri və təklif edilən iş barədə ətraflı məlumat verdi, bizi hərtərəfli inandırdı. Sonra mənimlə (M.Məmmədov) müqavilə bağladılar.
Mənə dedilər ki, bu iş elədir ki, əgər şirkətdə açılmış şəxsi hesabınıza öz vəsaitinizi yatırsanız, daha çox divident alacaqsınız. Həmçinin bunun müqavilində də yüksək məvacib alacaq.
Biz onların təklif və izahlarına tam inanaraq Cəlalə Talıbovaya hissə-hissə 20 min manat pul ödədik. Lakin mənə vəd olunan müddətdə maaş yazmadılar. Onlardan verdiyim pulları geri tələb etdikdə isə müxtəlif bəhanələrlə imtina edirdilər. 
Sonra məlum oldu ki, Talıbova Cəlalə onlara müraciət edən başqa adamları da aldadaraq çoxlu miqdarda pul mənimsəmişdir. Mənə o da məlum oldu ki, Cəlaləyə bu dələduzluğu həyata keçirməsində onun 3 saylı Hüquq Məsləhətxanasında vəkil işləyən bacısı Talıbova Könül, yuxarıda adı çəkilən MMC-də çalışan Leyla adlı xanım, Ruslan və ya Rüstəm adlı sürücü köməklik göstərmişlər. Hətta Cəlalənin anası Mərziyyə və xalası Esmira da Cəlalənin borclu olduğu pulların qaytarılmasına söz verdilər. Və sonra aradan çıxdılar. 
Biz Cəlalə Talıbovanın dələduzluq cinayətinə görə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət etdik. RPİ-nin 8-ci polis bölməsində Cəlalə Talıbova haqqında cinayət işi qaldırıldı. Bu zaman vəkil işləyən ataası Əfsər Talıbov Cəlalənin dələduzluq əməlinin mülki iş kimi (borc) sənədləşdirilməsi üçün mənə pulun tezliklə ödəniləcəyi vədi ilə danışığa gəldi. O, həmçinin xahiş edirdi ki, bu məsələdə onun vəkil işləyən digər qızı Könül Talıbovanın adını hallandırmayım. Amma sonradan Ə.Talıbov məni aldadaraq Cəlalənin mənə ödəyəcəyi 25.000 manat pula dair notariat qaydasında mənimlə müqavilə bağladı və söz verdi ki, üç ay müddətində həmin məbləği tam ödəyəcəkdir. Həmin vaxtdan 2 il keçir, hələ də pulu ödəmir. Ən vacibi, artıq həmin məbləğ 71 min manatadək artıb. Çünki ötən müddətdə onlar məni aldadaraq əlavə pul almışlar. Bu barədə aşağıda xüsusi olaraq qeyd edirəm.
Beləliklə, vəkil Ə.Talıbov da məni aldatmaq qərarına gəlmişdir. Belə ki, sonradan bizə məlum oldu ki, Əfsər Talıbov da vaxtılə dələduzluq üstündə 4 il azadlıqdan məhrum olunmuşdur və bu yaxınlarda da dələduzluq əməllərinə görə vəkillik mandatından məhrum edilmişdir. 
Onu da qeyd edirəm ki, “Tiens” şirkəti Nəsimi rayonu ərazisində yerləşdiyinə görə fakt üzrə Səbail rayon RPİ-nin 8-ci polis bölməsində araşdırılan cinayət işinin materialları Nəsimi rayon Polis İdarəsinə göndərildi.
Cəlalə Talıbova 2016-cı ildə yenə məni aldatdı ki, digər bir Çin mənşəli şirkətə depozit qoymaqla yüksək maaş alacaqsan və mən də bu şirkətdə sənin köhnə borclarının hamısını qaytaracağam. Ona görə də mən və həyat yoldaşım Cəlalənin bizim borclarımızı qaytarmaq vədinə inanıb yenidən razılıq verdik, çünki başqa çıxış yolumuz yox idi. Biz Cəlaləyə yeni şirkət adı ilə əvvəlcə 2400 manat və 2700 dollar depozit kimi pul ödədik. Amma şübhələnirdik ki, həmin şirkət də R.Behbudov-53-də yerləşirsə, bu necə ola bilər? Bəs köhnə şirkətdəki borcları yeni şirkət necə ödəyə bilər? Bununla belə, bizim başqa çıxış yolumuz qalmadığındjan Cəlalənin dediklərini etməli olurduq. Bu şirkətdə də Cəlaləyə Murad, Zümrüd, Samirə, İlqar, Zakir adlı şəxslər köməklik göstərdilər. Ona həm də çinli şərikləri Emisiya, Format, Nadya, Barbaros adlı xanımlar köməklik göstərirdi.
Manatın qiymətinin aşağıdüşməsi və dolların qiymətinin qalxmasını bəhanə edərək Cəlalə bizdən «28 yanvar» metrostansiyasının yaxınlığındakı “Azərsu” ASC-nin binasının yanında Samirə, İlqar, Cəlalənin özünə, həmçinin Nərimanov rayonundakı «Çanaqqala» restoranın yanında Cəlaləyə və sürücü Zakirə ardıcıl olaraq böyük məbləğlərdə pul vermişik. Çünki Cəlalə hər dəfə yeni bəhanələr gətirərək bizi aldadırdı, biz də əvvəlki pullarımızın alınması naminə bu məbləğləri verirdik. 
Bundan əlavə, Cəlalə bizdən “Elimlər Akademiyası» metrostansiyasının yanında da pul almışdır. Ümumiyyətlə, Cəlalə bizdən cəmi 71 min manatvə 300 dollar nəğd pul götürmüşdür. Lakin o özü və atası Əfsər Talıbov bizim verdiyimiz pullarımızı qaytarmadı və sonradan məlum oldu ki, bizdən başqa onlar 27 nəfəri də aldadaraq külli miqdarda pullarını mənimsəmişdir.
Cəlalə Talıbovanın cinayət işinin istintaqını Nəsimi Rayon Polis İdarəsində müstəntiq Rəşad Həsənov aparır. Bizim başımıza gətirilən dələduzluq əməlindən başqa 9 nəfərin işi ilə əlaqədar olaraq həmin müstəntiq Cəlalə Talıbovaya qarşı cinayət işi qaldırmışdır və naməlum səbəbdən heç bir nəticəsi olmamışıdır. Cəlalə Talıbova isə bizə hər dəfə deyirdi ki, iki aydan bir müstəntiq Rəşad Həsənov vaxtı uzatmaq üçün məndən 2000 manat pul alır. Çox maraqlıdır ki, müstəntiq nəyə əsasən istintaqın müddətini uzatmışdır? Axı hər cinayət işinin yekunlaşma vaxtı olmalıdır. 
Biz Nəsimi Polis İdarəsinin rəisi Musa Musayevin qəbulunda da olmuşuq. Rəis müstəntiqə tapşırıqlar verdi, amma bunun da heç bir nəticəsi olmadı. Mənim ərizəmdə göstərilən 5 nəfər şahiddən, ancaq birindən izahat alındı. Qalanlarından isə müstəntiq izahat almadı. Görünür onlardan izahat almaq müstəntiqə əl vermirdi. Çünki bu zaman başqa faktlar da ortaya çıxa bilərdi. 
Bu günlərdə isə bizə məlumat verdilər ki, C.Talıbovanın cinayət işinin materialları (Az.CM-nin 178.2.3) Yasamal rayon Polis İdarəsinə göndərilib. Belə başa düşürük ki, Nəsimi RPİ-nin istintaq şöbəsinin rəisi Oruc Əmiraslanov və müstəntiq Rəşad Həsənov özlərinin qanunsuz əməllərini ört-basdır etmək üçün bu variantdan məharətlə istifadə etmişlər. Bu da dələduz qrupun üzvlərini-Talıbov Əfsər, Talıbova Cəlalə və Talıbova Könülü qane edirdi. Çünki onlar çalışacaqlar ki, bu cinayət işinin maddəsini dəyişdirsinlər. 
Hörmətli Mehriban xanım!
Hörmətli cənablar!
Bu cinayətkar dəstə ilə bərabər Çin vətəndaşlarının onlarla əlbir olaraq Bakıda Azərbaycan vətəndaşlarının başına açılan oyunlar da aydınlaşdırılmalıdır. Çünki vətəndaşları yüksək maaşla işə qəbul etmək vədi ilə fəaliyyət göstərən, bir müddət sonra adını və yerini dəyişən bu şirkətin başında duran dələduzlar qanun qarşısında cavab verməlidirlər. 
Çox böyük ümid və inamla Sizə müraciət edərək xahiş edirk ki, cinəyətkar dəstənin əməlləri ifşa olunsun və uzun illərlə qazandığımız pulların bizə qaytarılmasına köməklik göstərəsiniz. 
-Bəs Nəsimi rayonu ərazisində uzun illərdir belə fırıldaqla məşğul olan “Tiens” şirkətini kimlər himayə edirmiş?
-Nəsimi RPİ-nin müstəntiqləri niyə dələduzların öhdəsindən gələ bilmirmiş? 
-«Tieus” MMC (indi «Qren Lait») şirkəti Bakıda necə qeydiyyatdan keçib?
(Davamı var)
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam