Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Anar Məmmədov borcunu qaytardı -Əmlakı üzərindən həbs götürüldü

"Garant Holding" və "Garant İnşaat Sənaye" MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur.

Yenixeber.org:   Bu açıqlama ilə bu gün bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.

Xəbər verildiyi kimi bu ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “Paşa Bank” –ın iddiası əsasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir sıra daşınmaz əmlakı üzərində həbs qoyulduğu məlum olmuşdu. Məhkəmənin çıxardığı qərardadda deyilirdi ki, Anar Məmmədov həmin əmlakı girov qoyaraq bankdan kredit götürüb. Bu kredit faizləri ilə birlikdə 1 milyon 141 min manat təşkil edir.Kredit ödənilmədiyinə görə bank Anar Məmmədovu və onun şirkətlərini məhkəməyə verib, əmlakın üzərinə həbs qoyulması barədə qərar çıxarılıb.

Qərara əsasən cavabdehlər «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədova məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki «Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyulmuşdu.

Bu məsələnin “Azadlıq” radiosu tərəfindən ictimailəşdirilməsindən sonra bankın yaydığı açıqlamada deyilir ki, «məsələ hüquq normaları çərçivəsində və qanunun aliliyi şəraitində, tərəflərin qarşılıqlı anlaşmasına əsasən» öz həllini tapıb. Kredit öhdəlikləri icra edildikdən sonra «Paşa Bank» ASC ipoteka predmetləri üzərinə qoyulmuş həbsin və məhkəmə qaydasında görülmüş mühafizə tədbirlərinin götürülməsinə, eyni zamanda, iddia ərizələrinin baxılmamış saxlanılmasına dair ərizələrlə məhkəmələrə müraciət edib. Bankın «Garant Holding» MMC, «Garant İnşaat Sənaye” MMC və holdinqə daxil digər şirkətlərə qarşı iddiasına Abşeron Rayon Məhkəməsində və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam