Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Susuzluqdan əziyyət çəkənlər Mehriban Əliyevadan kömək umurlar:“Susuzluq həyatımızı iflic edir”

Susuzluqdan əziyyət çəkənlər Mehriban Əliyevadan kömək umurlar:

 

Yenixeber.org: Redaksiyamıza bir qrup Ceyranbatan sakininin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanlandığı müraciətin surəti daxil olub. Qəsəbə sakinləri müraciətlərində yaşadıqları su problemindən bəhs edir və bu problemin həllində ölkənin birinci xanımından kömək istəyirlər. Problemin aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

 “Çox hörmətli Mehriban xanım,

 Biz-Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Massivin sakinləri-bütün seçkilərdə əsası ümümmilli liderimiz tərəfindən qoyulan və cənab prezident tərəfindən uğurla davam etdirilən siyasətin tərəfində olmuşuq. Sizin fəaliyyətinizi də yüksək qiymətləndirmiş, ölkəmizin sabahına daha da ümüdlə baxmışıq. Xüsusi ilə Sizin humanitar, sosial və təhsil sahəsindəki ardıcıl və prinsipial fəaliyyətiniz bütün ölkə ictimaiyyəti kimi bizi də ruhlandırır. Elə bu səbəbdən də qarşılaşdığımız problemin həllində Sizdən kömək umuruq.

Hörmətli Mehriban xanım, biz yeddi ilə yaxındır ki, (2011-ci ildən) Abşeron rayonu Ceyranbatan qəsəbəsi yeni massiv deyilən ərazidə yaşayırıq. Baxmayaraq ki, yeddi ildir bu massivdə yaşayırıq, biz hələ də su üzünə həsrət qalmışıq. Bunun nə demək olduğunu təsəvvür etmək belə, mümkün deyil.Su yoxdursa, hansı yaşayışdan, hansı güzərandan danışmaq olar? Özümüz miskin günündə, uşqalarımızın halı isə deyiləsi deyil. Biz ikişaf edən Azərbaycanın hansısa ucqar kəndində yaşamırıq. Paytaxtın 20-ci km-dən söhbət gedir. Suyun olmaması həyatımızı iflic etməklə yanaşı, başqa fəsadlara da yol açır. Kənardan tonlarla aldığımız su isə əsl təhıükə mənbəyidir.  

XXI əsrdə, Bakının 20-ci km-də suyun olmamasına bəlkə Siz özünüz də inanmazsınız. Amma, çox təəssüf ki, bu acı bir reallıqdır. Aidiyyatı dövlət təşkilatlarına dəfələrlə etdiyimiz müracitlər də nəticəsiz qalmaqdadır.

Hörmətli Mehriban xanım, Sizin uğurlu fəaliyyətiniz bütün ölkə ictimaiyyatı kimi, bizə də məlumdur. Ümüd edirik ki, Sizin sayənizdə bizim illərlə həllini gözləyən su problemimizə son qoyulacaq.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim yaşayışımızı, xüsusi ilə də uşaqlarımızın məlum ehtiyacını nəzərə alıb, su problemimizin ən yaxın zamanda həll olunmasına köməklik göstərəsiniz. 

 Əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam