Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bizə su verin": Qorxmaz Hüseynova müraciət

 

Xeberinfo.com:  Redaksiyamıza bir qurup Ceyranbatan sakinləri tərəfindən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova müraciətin surəti daxil olub. Müraciətində qəsəbə sakinləri su problemindən bəhs edirlər və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovdan problemin həll edilməsinə kömək istəyirlər.

Müraciətin ictimai əhəmiyyətini nəzərə alıb, olduğu kimi dərc edirik: 

"Hörmətli Qorxmaz müəllim, biz altı ilə yaxındır ki, (2011-ci ildən) Abşeron rayonu Ceyranbatan qəsəbəsi yeni massivdə yaşayırıq. Baxmayaraq ki, altı ildir bu massivdə yaşayırıq, biz hələ də su üzünə həsrət qalmışıq. Bunun nə demək olduğunu təsəvvür etmək belə, mümkün deyil.Su yoxdursa, hansı yaşayışdan, hansı güzərandan danışmaq olar? Özümüz miskin günündə, uşqalarımızın halı deyiləsi deyil. Biz ikişaf edən Azərbaycanın hansısa ucqar kəndində yaşamırıq. Paytaxtın 20-km-dən söhbət gedir. Suyun olmaması həyatımızı iflic eləməklə yanaşı, başqa fəsadlara da yol açır. Kənardan tonlarla aldığımız su təhıükə mənbəyidir.  

XXI əsrdə, Bakının 20-km-də suyun olmamasına bəlkə Siz özünüz də inanmazsınız. Buna görə də xahiş edirik ki, buyurub bizim qəsəbəmizə gələsiniz, susuzluğun nə demək olduğunu görəsiniz. Biz əminik ki, elə həmən gün də Siz bizim su həsrətimizə son qoyacaqsınız.

"Bizə su verin": Qorxmaz Hüseynova müraciət

Hörmətli Qorxmaz müəllim, Sizin uğurlu fəaliyyətiniz bütün ölkə ictimaiyyatına olduğu kimi, bizə də məlumdur. Cənab prezident “Azərsu” ASC-nə Sizi rəhbər təyin edən də bizlər də sevindik. Ümüd edirik ki, Sizin sayənizdə bizim illərlə həllini gözləyən su problemimizə son qoyulacaq.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim yaşayışımızı, xüsusi ilə də uşaqlarımızın məlum ehtiyacını nəzərə alıb, bizə su verin. Bizim su problemimizin ən yaxın zamanda həll olunmasına köməklik göstərin. Unutmayın ki, bununla vəzifə borcunu yerinə yetirmək bir yana, Siz ən azı 45-50 ailənin dualarını qazanmış olarsınız.

 

 Əvvəlcədən minnətdarlığımızı bildiririk".

 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam