Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bakının 20-ci km-də işıq yoxdur: RƏZALƏT

 

Bakının 20-ci km-də işıq yoxdur: RƏZALƏT

 

XXI əsr, Bakının 20-ci km-də yerləşən Ceyranbatan sakinləri işıqsız qalıb

“Xeberinfo.com”:   Redaksiyamıza Abşeron rayonu Ceyranbatan qəsəbəsinin bir qrup sakini tərəfindən “Azərişıq” ASC-nin sədri cənab Balababa Rzayevə ünvanlanan müraciətin surəti daxil olub. Müraciətdə qəsəbə sakinləri yeni məhəllədə işıq problemindən narazılıq edirlər. XXI əsrdə paytaxt Bakının ətrafında işığın olmaması inandırıcı olmadığı qədər də, dəhşətli və utancverici reallığdır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik.

 “Hörmətli Balababa müəllim, biz beş ilə yaxındır ki, (2011-ci ildən) Abşeron rayonu Ceyranbatan qəsəbəsi yeni massivdə yaşayırıq. Baxmayaraq ki, beş ildir bu massivdə yaşayırıq, biz hələ də işıq üzünə həsrət qalmışıq. Bunun nə demək olduğunu təsəvvür etmək belə, mümkün deyil. İşıq yoxdursa, hansı yaşayışdan, hansı güzərandan danışmaq olar? Özümüz miskin günüdə, uşqalarımız dərslərini hazırlaya bilmir. Biz işıqlanan Azərbaycanın hansısa ucqar kəndində yaşamırıq. Paytaxtın 20-km-dən söhbət gedir. İşığın olmaması həyatımızı kor eləməklə yanaşı, başqa fəsadlara da yol açır. Evimizi işıqlandırdığımız şamlar dəfələrlə alov təhıükəsi yaradıb.  

XXI əsrdə, Bakının 20-km-də işığın olmamasına bəlkə Siz özünüz də inanmazsınız. Buna görə də xahiş edirik ki, buyurub bizim qəsəbəmizə gələsiniz, işıqsızlığın nə olduğunu görəsiniz. Biz əminik ki, elə həmən gün də Siz bizim işıq həsrətimizə son qoyacaqsınız.

Hörmətli Balababa müəllim, Sizin uğurlu fəaliyyətiniz bütün ölkə ictimaiyyatına olduğu kimi, bizə də məlumdur. Cənab prezident “Azərişıq” ASC-ni yaradıb, Sizi rəhbər təyin edən də bizlər də sevindik. Ümüd edirik ki, Sizin sayənizdə bizim illərlə həllini gözləyən işıq problemimizə son qoyulacaq.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim yaşayışımızı, xüsusi ilə də uşaqlarımızın məlum ehtiyacını nəzərə alıb, bizə işıq verin. Bizim işıq problemimizin ən yaxın zamanda həll olunmasına köməklik göstərin. Unutmayın ki, bununla vəzifə borcunu yerinə yetirmək bir yana, Siz ən azı 45-50 ailənin dualarını qazanmış olarsınız.

 

Əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam