Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakının 20-ci km-də məktəb problemi: Ceyranbatan sakinləri Mehriban Əliyevadan kömək istəyir

Bakının 20-ci km-də məktəb problemi: Ceyranbatan sakinləri Mehriban Əliyevadan kömək istəyir

 

Bu məktəbdə 240 uşağın qarşılığında 800-ə yaxın uşaq təhsil alır(?)

Xeberinfo.com: Redaksiyamıza bir qrup Ceyranbatan sakininin Azərbaycab Respublikası Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyevaya ünvanlanmış müraciətinin surəti daxil olub. Müraciətin bir surəti Azərbaycab Respublikası Təhsil naziri cənab Mikayıl Cabbarova, digər bir surəti isə Sumqayıt Regional Təhsil idarəsinə ünvanlanıb. Qəsəbə sakinləri müraciətlərində Ceyranbatan qəsəbəsi 2№-li orta məktəbdə yeni tədris korpusuna kəskin ehtiyacdan bəhs edir və bu problemin həllində Mehriban xanımdan kömək umurlar. İctimai əhəmiyyətini nəzərə alıb, məktubu olduğu kimi dərc edirik:

                                    

“Çox hörmətli Mehriban xanım,

 Biz-Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin sakinləri-bütün seçkilərdə əsası ümümmilli liderimiz tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən siyasətin tərəfində olmuşuq. Bu siyasəti yüksək qiymətləndirmiş, ölkəmizin sabahına daha da ümidlə baxmışıq. Xüsusi ilə Sizin sosial və təhsil sahəsindəki ardıcıl və prinsipial fəaliyyətiniz bütün ölkə ictimaiyyəti kimi bizi də ruhlandırır. Elə bu səbəbdən də qarşılaşdığımız problemin həllində Sizdən kömək umuruq.

Mehriban xanım, bizim problemimiz təhsillə, məktəbimizdə həlli vacib sayılan şagird sıxlığı ilə bağlıdır. Ceyranbatan qəsəbəsinin demək olar ki, yarısını təşkil edən bizim yaşayış massivində bir-2№-li orta məktəb-var. 14 (ondörd) sinif otağından ibarət iki mərtəbəli bir korpus 240 uşağın təhsili üçün nəzərdə tutulub. Hazırda isə 240 uşağın qarşılığında məktəbdə 800-ə yaxın uşaq təhsil almaq məcburiyyətindədir. Yeni Məhəllənin genişlənməsi və uşaqların sayının ilbəil artması ilə problemin ciddiliyi də artır. Bu səbəbdən də siniflərdə uşaqların sayı məlum normadan çox, tədris qrafiki isə daha da sıx olur. Hazırda məktəbdə dörd növbədə tədris aparılır. Bu isə təbii olaraq birbaşa tədrisin səviyyəsinə kəskin şəkildə mənfi təsir edir.

Uşaqlar axşam saatlarında dərsdən çıxmalı olurlar. Qış aylarında isə bu problemə yox, əsl zülmə çevrilir. Bakı yaxınlığında yerləşən bu qəsəbədə yaşayan bizim uşaqlarımız belə acınacaqlı durumda təhsil almaq zorundadırlar.

Məktəbdə idman zalından, futbol meydançasından, akt zalından, laboratoriya və informatika otaqlarından isə danışmağa dəyməz. Sizin təhsilə bunca qayğınızın qarşılığında bizim uşaqlar idman dərslərini normativ qaydalara uyğun keçmirlər, Ceyranbatan qəsəbəsi 2 №-li orta məktəbdə-intellektli və yetkin nəslin yetişməsində ciddi problemlər var.

    Yeni tədris korpusunun və idman zalının tikilməsi üçün məktəbin ərazisində lazımı qədər torpaq sahəsi də var. Nədənsə məsul şəxslər, müvafiq vəzifə sahibləri bu imkana baxmayaraq mövcud problemlərə göz yumurlar. 

Mehriban xanım, biz bu problemlə bağlı müxtəlif instansiyalara da müraciət etmişik. Amma, nəticə olmayıb. İndi isə yeganə ümidimiz Sizədir. Xahiş edirik ki, bizim uşaqların təhsil probleminin həllinə, məktəbimizin müasir standartlara uyğun təminatına və bundan ötrü vacib olan yeni korpusun tikintisinə köməklik edəsiniz.

 

Əvvəlcədən minnətdarlığımızı bildiririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam