Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakının 20-ci km-də qaz problemi:RƏZALƏT

            

XXI əsr, Bakının 20-ci km-də yerləşən Ceyranbatan Yeni Massiv sakinləri qaza həsrət qalıb

 

Yenixeber.org:Redaksiyamıza Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Massivin bir qrup sakini tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Əkbər Hacıyevə ünvanlanan müraciətin surəti daxil olub. Müraciətdə sakinlər Yeni Massivdə təbii qaz problemindən narazılıq edirlər. XXI əsrdə paytaxt Bakının ətrafında qazın olmaması inandırıcı olmadığı qədər də, dəhşətli və utancverici reallığdır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:

“Sizə məlum edirik ki, 2009-cu ildən Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Massivdə fərdi yaşayış evi tikintisi üçün hərrac yolu ilə torpaq sahəsi almışıq. Hal-hazırda 100-dən artıq yaşayış evi tikilən həmən ərazidə bugünə kimi yaşayış üçün zəruri olan təbii qaz olmadığından orada yaşamaq mümkün deyil. Dəfələrlə yazılı və şifahi müraciət edib, bizə kömək göstərilməsini xahiş etməyimizə baxmayaraq, bugünə kimi dərdimizə əlac olmamışdır. Bizə verilən cavab həmişə belə olub: “vəsait yoxdur, Nazirlər Kabineti vəsait ayırsın, biz də işə başlayaq.Bu işin görülməsi tədbirlər planına salınmışdır”. Amma, 10 ildir gözləyirik nəticəsi yoxdur.

Torpaq sahəsi alıb, min bir əziyyətlə ev tikən vətəndaşların çoxu imkansız şəxslərdir. Onların da müəyyən hissəsi kirayişin yaşayır. Sizdən xahiş edirik ki, bu işdə bizə köməklik edəsiniz”.

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam