Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Clarus.academy şirkətinin rəhbəri Elçin Kərimov saxtakarlığı -...hərbi xidmətdən necə yayınıb?

Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? – Saxta təhsil, yoxsa…
Clarus.academy şirkətinin direktoru ölkə sərhədlərini keçmədən Türkiyədə əyani təhsil alır?
Yenixeber.org: Azərbaycanda fəaliyyət göstərən xarici universitetlərə tələbə qəbulu ilə məşğul olan Clarus.academy şirkətinin direktoru ilə bağlı maraqlı məlumatlar yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə Clarus.academy şirkətinin rəhbəri Elçin Kərimov saxta sənədlərlə həqiqi hərbi xidmətdən yayınmaqla məşğuldur. Belə ki, ilk dövrlərdə xəstəlik adı ilə hərbi xidmətdən yayınan Elçin Kərimov son həkim komissiyasından çıxa bilməyib və sağlam olduğu üzə çıxdıqdan sonra başqa yollara əl atıb. Məlumata görə Elçin Kərimov bir günün içində Türkiyə dövlətində heç kəsin tanımadığı universitetlərdən birinə əyani magistraturaya qəbul olunaraq hərbi xidmətdən yayınmağı bacarıb.
Maraqlı məqam isə Elçin Kərimovun təhsil aldığı müddətdə bir dəfə də olsun Türkiyəyə səfər etməməsidir. Bu isə Elçin Kərimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsinə təqdim etdiyi magistraturaya qəbul sənədini şübhə altına alır.
Bütün bunlar isə Elçin Kərimovla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsinə qarşı da müəyyən şübhələr yaradır. Ya Xidmətin Kürdəmir şöbəsi Elçin Kərimovun hərbi xidmətdən yayınmasına yardım edir, ya da həmin şəxslə bağlı normal araşdırma aparılmayıb.(azfakt.com)
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam