Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... -Təkcə bir idarədə... təkcə bir fakt...

 

"Xahiş edirəm təqdim etdiyim bu faktlar aidiyyatı üzrə araşdırılsın..."

Yenixeber.org xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına (NHMT) müraciətində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Emil Tahirov qeyd edib.

O daha sonra ilginc bir faktı diqqətə təqdim edərək, iddia olunanların gərəkən qurum və şəxslər tərəfindən araşdırılması üçün çağırış edib:

"Cənab Prezidentimizin göstərişi ilə dövlət proqramına uyğun olaraq Muğanlı-İsmayıllı-Qəbələ istiqamətində yollarının yenilənməsi, yəni yolun çəkilişi zamanı "Azəriqaz"ın balansından silinmiş, lakin demontaj olunmamış təqribən 4000P/m 159mm-lik və təqribən 5000P/m 219mm-lik - ümumilikdə 9000P/m borunu Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərləri - keçmiş rəis Osman Beybutov və indiki rəis Vəli Sadıqov - ümumi metal dəyəri 200 min manatdan çox olan boruları hara və necə təhvil veriblər?

Təbii ki, bu işdə "Azəriqaz" İB-nin məsul şəxslərinin maraqları olduğu üçün məsələ ört-basdır edilib. (Dia.az)

Necə deyərlər... yağış yağdı çatlar örtüldü..."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam