Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

6 manatlıq şirkət -milyonluq tenderləri necə udur?

6 manatlıq şirkət milyonluq tenderləri necə udur?

Hacıqabul Rayon İcra Hakimiyyəti “Muğan-KİTT” MMC ilə maliyyə dəyəri 442 547.64 AZN olan müqavilə imzalayıb.

Yenixeber.org: Müqaviləyə görə sözügedən şirkət Hacıqabul şəhərində yolların əsaslı təmirini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ(Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. “Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur. 

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu MMC-yə gəlincə, bəlli olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti yolların təmirində bu şirkətin xidmətlərindən istifadə edir. İcra hakimiyəti 2018-ci ildə də “Muğan-KİTT” MMC ilə 390 104 AZN dəyərində müqavilə bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də sözügedən 6 manatlıq şirkətlə milyonluq müqavilələr imzalayıb. Konkret olaraq 2019-cu ildə AAYDA ilə “Muğan-KİTT” MMC arasında 3.9 milyon dəyərində müqavilə bağlanıb. Bu müqaviləyə görə şirkət Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmirini həyata keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam