Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Lamiyə kimin sifarişi ilə azadlığa çıxdı?

 

Dustaq Lamiyə Quliyeva azadlığa buraxıldı. Bunu bütün məsuliyyətimlə Azərbaycanın yazılı mətbuatının, jurnalistlərin qələbəsi sayıram.

"Xeberinfo.com":  Onunla bağlı xəbərlər verməkdə mətbuatı suçlayanlar, “sifariş yerinə yetirirsiniz” deyənlər vardı. İnanılmaz düşüncədi. Deməli, adamlar ölkədə istədiklərini etməlidi və heç kim onlarla bağlı sifariş verməli deyil. Belə olmur. 

Sifariş gəlirdi, sözsüz. Sifariş yerinə yetirirdik biz. Həm də hər gün gəlirdi bu sifariş, hər an, hər dəqiqə. Rahatlığımız yox idi. Dayanmadan bizdən bu olayla bağlı yazı istəyirdilər, axırına çıxmağımızı gözləyirdilər. Cəmiyyət istəyirdi bu haqda yazmağı bizdən. Bəzilərindən fərqli olaraq biz cəmiyyətin sifarişini yerinə yetirirdik. Bizi haqsız çıxarmaq üçün əllərindən gələni edənlər, siz Azərbaycanın yazılı mətbuatına uduzdunuz. Mətbuatın, xəbərin, yazının inadı hesabına yerindən dəbərmiş ədalət öz kürsüsünə oturdu. Bu olay heç kimə elə-belə gəlməsin. Çox ciddi və dəhşətli bir olay yaşandı. Cəmiyyətin dirənişi, dövlətin doğru qərarı adamlara göstərdi ki, hər şey itməyib, itirilməyib. 

Hakimiyyət kiməsə dəstək verə, yuxarı başa keçirə bilər. Ancaq kritik məqamda ağıllı hakimiyyət heç vaxt xalqdan, cəmiyyətdən üz çevirmir. Dövlət isə cəmiyyəti idarə edən, tənzimləyəndi. Cəmiyyət dövlətin köləsi deyil, balasıdı. Onun ən böyük və birinci marağı cəmiyyətdir. O ki qaldı Lamiyəyə, onun çıxışlarını dinləyəndə görürsən ki, heç də primitiv kənd qızı deyil. Üzərində işləyib. Görünür, bu illər ərzində qəzet də oxuyub, kitab da. Fikirlərini aydın, səliqəli ifadə edir. Onun azadlığa çıxma xəbərinin altında bir şərh diqqətimi çəkdi: “Bu onun övladının həyatda ilk qələbəsidi.” Olsun! Bu ölkədə doğulan bütün balalar yaşamağa azadlıqdan, qələbədən başlasın. Özü dediyi kimi artıq ikisi də azadlıqda nəfəs alacaq. Bir zaman məhbəsə qədər sürükləyən, əlini bulamadan, kənardan qatil olan cəmiyyət, insanı yalnız bədbəxt edən öz yazılmayan qanunlarını, bu dəfə kənara qoydu. Dövlətdən və onun dəmir qanunlarından dəstək istədi, tələb etdi. Və qarşılıq gördü, bir tale qurtuldu. Tez-tez tənqid etdiyimiz dövləti, hakimiyyəti, qanunları bu dəfə gəlin təqdir edək. Bu ölkənin adamlarını əl-ələ görmək böyük sevincdi...

musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam