Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Xahiş edirəm, məni azadlığa buraxın”

 

Bakı Apelyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyevanın məhkəməsi olub. 

 

"Xeberinfo.com":  "Qafqazinfo"nun prosesi izləyən əməkdaşının verdiyi xəbərə görə, hakim Qədim Babayevin sədrliyi ilə Lamiyə Quliyevaya oxunan hökmdən Baş Prokurorluğun verdiyi  protestə baxılıb. 

***

Hakim bildirib ki, iş üzrə protest Baş prokurorun müavini Namiq Əsgərov tərəfindən verilib.

Məhkəməyə uşağı ilə qatılan Lamiyə Quliyeva çıxış edərək azadlığa buraxılmasını xahiş edib: "Mən uşağımı azadlıqda böyütmək istəyirəm. Peşmanam. Cinayəti nahaqdan törətməmişəm, səbəb vardı. Gəncliyim hədər gedib. Məni bunları etməyə həyat məcbur etdi, insanlar məcbur etdi. Xahiş edirəm, heç kim məni qınamasın. Mən artıq yorulmuşam. Xahiş edirəm, məni azadlığa buraxın".

 

Növbəti məhkəmə prosesi fevralın 20-də keçiriləcək. 

Qeyd edək ki, Lamiyə Quliyeva Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilib. Həbsxanada onun barəsində daha bir cinayət işi başlanıb. Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm verib.

***

Prosesdə hadisə zamanı cəzaçəkmə müəssisəsində nəzarətçi işləyən Aysel Ağayeva və nümayəndəsi də iştirak edib. 

L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev çıxış edərək jurnalistlərə foto və video çəkiliş üçün şərait yaradılması və Lamiyə Quliyeva haqda həbs qətimkan tədbirini dəyişdirərək azadlığa buraxılması haqda vəsatət verib. Hakim Qədim Babayev hər iki vəsatəti təmin etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam