Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

POMPEONUN 89 YAŞLI ATASI ZƏHƏRLƏ ÖLDÜRÜLÜB? –ABŞ-ÇİN savaşında sui-qəsdlər ön plana keçir -ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 29 may 2020-ci il

 

Yenixeber.org: İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına, pul savaşına cəlb etdim. Həyatımıza qəsd edən koronavirus olsa da, onun arxa planındakı pul üstündə gedən mübarizədir. Doğrudan da, bütün müharibələrin əsas səbəbi bu deyildimi? Müasir dövrdə “yüz milyonlarla insan ölməsin” deyə, virusdan istifadə edilir. Və çox qəribə işlər baş verir.

Gəlin, bu gün haqqında heç nə bilmədiyimiz dəhlizlərdə baş verənlərə baxaq. Bildiyiniz kimi, bir neçə gündür Çinin İsraildəki səfiri Du Veyin öldürülməsindən yazıram. Gəlin, bu gün daha da dərinə enək. Görək, təəccüblənəcəksinizmi?

Çinlə ABŞ arasında savaş başlayıb. Təxminimcə, artıq bunu bilməyən yoxdur. Əslində, bu, Trampın 2 il öncə ticarət anlaşması haqqında etdiyi çıxışla başlamışdı. Ancaq Çin daim masadakı böyük tərəf olmaq üçün cavab verincə, koronavirusla tanış olduq. ABŞ əlindəki bütün kozırlardan istifadə etməyə başladı. Böyüklük iddiasında olduğu üçün bu, normal idi. Koronavirus ən önəmli kozır idi, uğurlu da oldu.

Bunun ardınca Vaşinqtonun 500 milyard dollarlıq ticarət anlaşmasını birtərəfli qaydada ləğv etməsini gördük. Mesajlar ən sərt şəkildə verilirdi. Əslində, müharibənin çərçivəsi cızılırdı. Lakin Çin yenə geri addım atmadı. Onun Təl-Əvivdəki səfiri Du Vey öldürüldü. Çin yenə geri addım atmayacaqdı. Elə də oldu.

İndi də son iki böyük kart açıldı. Biri uyğur türkləri, digəri Honkonq məsələsidir. Hazırda ABŞ açıq şəkildə “Ya piyadam olacaqsan, ya da səni yox edəcəm” deyərək, Çini təhdid edir. Çin də bütün bu təhdidlərə rəğmən, geri addım atmır, “Mən də böyükəm” deyir. Təbii, savaş daha da şiddətlənir.

Uyğur türklərini təzyiq altında saxlayan bir Çin administrasiyası mövcuddur. Bu, yeni məsələ də deyil. Amma var. Bu, illərdir davam edən bir əməliyyatdır. Uyğur türkləri Çinin “yumşaq qarnı” olduğu üçün ABŞ heç bir zaman bu məsələdən vaz keçmədi. Dünyanın harasında bir etnik və dini qrup varsa, ABŞ onlarla mütləq əlaqə yaradır. Əgər bu, Çini zəiflədəcəksə və yaralayacaqsa, ona əsla və qəti olaraq arxasını çevirərək getməz. Mütləq işin içində yer alacaqdır. ABŞ uyğur türklərini çox sevdiyi üçün deyil, öz maraqları üçün oradadır. Bu səbəblə, problemi qaşıyır. Durum təxminən belədir.

Davam edək və daha həyəcanlı yerə doğru gedək. Uyğur türkləri, bəlkə də, 100 ölkə ilə ya birbaşa, ya da dolayısilə təmas halındadırlar. Çin dövlətinin nümayiş etdirdiyi davranış haqqındakı məlumatları haqlı olaraq yaymaq, səslərini yüksəltmək istəyirlər. Bu, son dərəcə normal bir yanaşmadır. Daha öncə də səhnəyə çıxmış olan Rabia Kadir bu işin mərkəzində, həm də önəmli güc olaraq yer almaqdadır. Ötən il Yaponiyada keçirilən G-20 sammitində Rabia Kadiri gördük. Yaponiya Çinin bütün diplomatik təşəbbüslərinə və etirazlarına baxmayaraq, Rabia Kadirə sammit dövründə ölkəyə giriş və çıxış etmək izni verdi. Ancaq uyğur türkləri, əslində, Rabia Kadirin ABŞ agenti olduğunu bilir. Bilməsinə bilir, ancaq bəlkə bir qurtuluş ümidi olar deyə, səssiz qalır. ABŞ Xarici işlər naziri Mayk Pompeo, 1 yanvar 2020-ci ildən bugünədək Rabia Kadir ilə, bəlkə də, 10 dəfə bir araya gəlib.

İndi uyğur türklərini və Rabia Kadiri bir kənara qoyaq. Çünki çox önəmli bir hadisə baş verdi. Çox gizli saxlandı, adi bir ölüm kimi haqqında pıçıltı ilə danışıldı. Torpağın altına göndərildi. Neçə vaxtdır altını cızıram. ABŞ-da səhnədə öndə olan ən böyük güc Pompeodur. Çini qarşısına alan, yeni sistem üçün ön sırada savaşan Pompeodur. Bu, aydındır.

Yaxın zamanda baş verən hadisənin mərkəzində yenə Pompeo ailəsi dayanır. ABŞ Xarici işlər naziri Pompeonun ailəsi hədəf oldu. Yəqin ki, “Necə oldu?” deyərək, sual edəcəksiniz. Sizə deyəcəm. ABŞ-ın ən güclü şəxsi və ailəsi hədəf olmuşdu. Heç kim bilmirdi, eşitmirdi. Amma savaşın gəlib çıxdığı yeri də göstərirdi. ABŞ Xarici işlər naziri Pompeonun atası Ueyn 30 apreldə öldürüldü. 89 yaşında olan biri heç öldürülərmi? Bəli, autopsiyada çox özəl bir zəhərə rast gəlindi. Öncə kimsə buna inanmaq istəmədi. Ancaq baş verən hadisə sui-qəsd idi. 30 apreldə ölən ata Pompeo üzərində 8 gün ərzində 4 dəfə autopsiya aparıldı. İşə ABŞ-ın ən önəmli mütəxəssisləri cəlb edildi. Hər autopsiyada Ueyn Pompeonun cəsədindən eyni zəhər çıxdı. Ueyn Pompeo xəstə idi, lakin vücudundan onun ölümünə səbəb olan bir zəhər çıxdı. O andan etibarən, qarşımızda çılğınlaşmış bir Vaşinqton, bir Pompeo vardır. Tarixə diqqət edin: 30 aprel! Pompeo hələ Arkanzasa getməyib, hələ çinli professor Saymon Soy-Teonq Anqı həbs etdirməyib, hələ İsrailə getməyib və Du Veyin öldürülməsi əmrini verməyib…

Mayın 8-də Kaliforniyada Fairhaven Memorial Park-da dəfn mərasimi keçirilərkən, Rabia Kadirin də o mərasimdə olması təəccüblüdürmü? Əlbəttə, xeyr.

Ueyn Pompeonun ölümündən sonra MKİ Mayk Pompeonun qardaşı Mark və 3 oğlu üçün mühafizə qrupu göndərdi. Böyük savaş artıq ailələrin içinədək irəliləmişdi. Pompeo heç gözləmədiyi bir yerdən zərbə almışdı və canı yanmışdı. Bəziləri Çinin İsraildəki səfirinin öldürülməsinə Ueyn Pompeonun intiqamı kimi baxa bilər. Bəziləri dövlətlərarası savaşın artıq şəxslər vasitəsilə aparılması fikrinə gələ bilər. Ancaq bilinməli olan budur ki, savaş çox şiddətli qızışmaqdadır. Artıq hər bir ölkə tərəf olmağa məcburdur. Kimsə “Mən bu savaşın içində olmaq istəmirəm” deyə bilməz. Biz də daxil olmaqla, kimsə bu savaşdan kənarda qala bilməz.

Pompeo o qədər aqressivləşib, o qədər qarşısıalınmaz bir duruma gəlib ki, az qalır, ABŞ-da olan bütün qıyıqgözlüləri ölkədən çıxarsın. MKİ sui-qəsdin Çin mərkəzli olduğunu düşünsə də, Pompeoya fərqli ehtimalları da söylədi. Hadisə yerində Çinin barmaq izini buraxan başqa bir güc də ola bilər. Məqsəd ABŞ-la Çini döyüşdürməkdirsə, hər şey mümkündür.

ABŞ Xarici işlər naziri Pompeo Çini ittiham edir. Bu, ABŞ-ın dövlət qərarıdır. İndi daha ciddi addımların atıldığını görəcəyik. Ailələrə doğru uzanan, 89 yaşlı bir adamın ölümünə qədər gedən yol aralandı. Əgər bu sui-qəsdin arxasında Çin dayanırsa, tarixin ən böyük qətllərindən birini gerçəkləşdirib. Təbii ki, əgər Çin bu qədər böyük bir müharibə elan edirsə, özü üçün önləyici tədbirlər də almışdır. Arxalandığı yerlər də vardır. Bu da anlaşılan bir durumdur.

Digər tərəfdən, artıq ABŞ daha da sərtləşəcək. Du Veyin öldürülməsindən daha təsirli hadisələr görəcəyik. Əlbəttə, Du Veyin öldürülməsi intiqamın başlanğıcı idi. Artıq Çin Kommunist Partiyasının çox önəmli şəxsləri belə, hədəfdir. Görəsən, Çinin içindəki uyuyan hücrələr oyandırılacaqmı? Uyğur kartından necə istifadə edilə bilər? Çinin etnik strukturu hədəf alınacaqmı? Dünyanın müxtəlif yerlərindəki önəmli şəxslər hədəf olacaqmı? Hamısını yaşayıb görəcəyik.

İngiltərə, İsrail, Rusiya və Türkiyə də ABŞ-la Çin arasında gedən müharibənin digər önəmli oyunçularıdır. Ölkədaxili siyasi gərginliyin artmasının da, iqtisadi təzyiqin də səbəbi dünyanın zirvəsində gedən ABŞ-Çin müharibəsidir. Bütün önəmli paytaxtlarda əsas diskussiya mövzusu budur: “Hansı tərəfdə olacağıq?”. Bunu həm daxili, həm də xarici siyasətə, həm daxildəki ittifaqlara, həm də İdlib, Dəməşq, Liviya və Aralıq dənizinə baxınca görmək mümkündür. Və türk dövləti dünən Yassıadada bütün kadr heyətilə “27 May”ı həyata keçirənlərə mesaj verərək, “Qarşınızdayıq!” dedi.

Hadisələrə belə baxmaqda fayda vardır. Önəmli olan Türkiyənin hansı vektorda olmasıdır. Bu, bəlli olduqdan sonra hücum edənləri, qapıya dayananları müəyyən etmək və anlamaq çox çətin deyil.

Gərginlik artacaq. Əlamətlər çoxaldı. Özü də hər yerdə…

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam