Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə - HESABAT

Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə - HESABAT
Bütün dünyanı əhatə edən, qlobal sarsıntılar yaratmış pandemiya, eyni zamanda, dövlətlərin fors-major hallarda nümayiş etdirdiyi reaksiya qabiliyyəti və uzunmüddətli fövqəladə hallar kontekstində ortaya qoyduğu preventizim, davamlılıq keyfiyyətinin də ortaya çıxmasına səbəb olub.
Yenixeber.org: Belə bir qlobal, tarixi-iqtisadi dəyişmə, başqa sözlə, koronovirus “fenomen”i ona qarşı mübarizə cəbhələrində yer alan dövlətlər sırasında özünün pandemiyaya qarşı uğurlu mübarizə modeli ilə önə çıxan Azərbaycan kimi xüsusi yanaşmalar ortaya qoyan ölkələri fərqləndirir.

Azərbaycan nümunəsində görürük ki, ölkə rəhbərliyinin COVID-19 pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi strateji tədbirlər öz sistemliliyi və verilmiş bütün qərarların mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi, sağlamlığı və rifahının yüksəldilməsinin təmin edilməsi məqsədinin dayanması xüsusilə qeyd edilməlidir.

Dövlət başçısının Sərəncamı ilə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir.

Bunlar Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan Barometri” jurnalının aprel ayında işıq üzü görmüş doqquzuncu buraxılışında dərc olunmuş “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatında əks olunub.

Hesabatda qeyd olunub ki, pandemiya ilə mübarizə istiqamətində optimal siyasət koordinasiyası və böhran kommunikasiyasının effektiv şəkildə reallaşdırılması dövlət idarəetməsində çeviklik və vizyonun göstəricisi kimi qiymətləndirilməlidir. Bütün bu qeyd etdiklərimizlə yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə də məqsədyönlü fəaliyyəti ilə fərqlənməkdədir. Belə ki, ölkəmiz COVID-19 pandemiyası ilə mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Məhz bu əməkdaşlıq çərçivəsində təşkilatın mütəxəssisləri Azərbaycana dəvət edilmiş ekspert missiyasının tövsiyələri milli fəaliyyət strategiyasında ciddi şəkildə nəzərə alınıb. Digər tərəfdən ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalayıb. Eyni zamanda, məhz belə həssas dönəmdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib və görüş çərçivəsində pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın vacibliyi xüsusilə vurğulanıb. Bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan pandemiya ilə mübarizədə xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə kimi dəyərləndirilib.

Qeyd edək ki, “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik təhlil sənədi Sosial Tədqiqatlar Mərkəzi tərəfindən martın 19-dan 28-dək ölkə miqyasında həyata keçirilən sosioloji sorğunun nəticələrini özündə əks etdirir.

Sorğunun metodologiyasına əsasən, ölkənin bütün regionları üzrə (Naxçıvan MR və işğal edilmiş rayonlar istisna olmaqla) 1212 respondent təsadüfi seçmə yolu ilə müəyyənləşdirilərək telefonla müsahibə verib.

Martın 19-dan 28-dək olan dövrü əhatə edən anket 15 əsas, 4 demoqrafik sualdan ibarət olub. Suallar əsasən aşağıdakı istiqamətlərdə olub:

- COVID-19 epidemiyası ilə fərdi mübarizə istiqamətlərinə münasibət. Yoluxma qorxusu və karantin şəraitində müayinəyə (özü və yaxınlarının) münasibət;

- Dövlətin COVID-19 pandemiyası ilə mübarizə siyasətinə münasibət, TƏBİB-in bu istiqamətdə fəaliyyətinin qiymətləndirilməsi;

Sorğunun ikinci hissəsində cari vəziyyət və sorğu nəticələrinin analoji tədqiqatlarla müqayisəli təhlili aparılaraq, milli və qlobal kontekstdən yanaşma nəzərə alınıb.

Yaranmış qlobal təhdidə adekvat olaraq COVID-19 pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Operativ Qərargah dərhal qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil edib. Bütün bunlarla yanaşı, Nazirlər Kabinetinin sərəncamı ilə yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib və hazırda ölkə başçısının birbaşa nəzarəti altında icra edilməkdədir. Azərbaycanda COVID-19 infeksiyasına ilk yoluxma faktı fevralın 28-də qeydə alınıb.

Ölkəmizdə COVID-19 pandemiyasının mümkün təsirlərinin azaldılması sahəsində reallaşdırılan antiböhran strategiyasının əsas şüarı dövlət başçısı tərəfindən “Biz birlikdə güclüyük!” kimi müəyyənləşdirilməklə Dövlət - Vətəndaş - Biznes əməkdaşlığı formatı üzərindən reallaşdırılır.

Rəyi soruşulanların əksəriyyəti (87.8 faiz) mövcud vəziyyətlə bağlı hər hansı problemlə qarşılaşacağı təqdirdə dövlətin onlara dəstək göstərəcəyinə əmindir. Rəyi öyrənilən respondentlər arasında 65 yaş və ondan yuxarı olan kəsimin 61.1 faizi sosial təcridolunmadan sonra evdən kənarda keçirdiyi vaxtlarında əhəmiyyətli azalma müşahidə etdiyini qeyd ediblər.

Qlobal sorğularda da müqayisə edildikdə, məlum olur ki, Azərbaycanla bağlı tədqiqatlarda ictimai rəyin dövlət siyasətindən razılıq səviyyəsi yüksək olması və Ermənistanla müqayisədə Cənubi Qafqaz regionunda üstün mövqedə durması reallıqdır.

Sorğunun nəticələrinin analitik və statik təhlili göstərir ki, ölkəmizdə rəyi öyrənilənlərin əhəmiyyətli hissəsi yoluxmaqdan heç qorxmadığını qeyd edib.

Qadınlar kişilərə nisbətdə virusa yoluxmaqdan daha az qorxur. 51 yaşdan yuxarı olanların qorxu dərəcəsi digər yaş qruplarına nisbətdə daha aşağı, orta yaş qruplarında isə daha çoxdur. Məşğuliyyət cəhətdən isə fərdi əmək fəaliyyəti ilə məşğul olanların qorxusu daha yüksək, evdar qadınlar və özəl sektorda işləyənlərdə isə daha azdır.

Respondentlər arasında ən geniş yayılan müdafiə tədbiri kimi şəxsi gigiyenaya diqqət önə çıxır (92.4 faiz). Rəyi öyrənilənlərin 77.5 faizi bildirib ki, onlar ciddi ehtiyac olmadıqda evdən bayıra çıxmır ki, bu da karantin rejiminə riayətdən xəbər verir. Əhalinin əksər hissəsi (83 faiz) evdəki vaxtını yerli televiziya kanallarına baxmaqla, dörddə üçündən bir az çox hissəsi isə (67.2 faiz) ev/həyət işləri ilə məşğul olaraq keçirir. Respondentlərin böyük əksəriyyəti (86.5 faiz) əsasən marketə getmək üçün evdən çıxır. Digər iki əsas səbəb isə aptek (39.4 faiz) və işə (25.8 faiz) getməkdir. Çox az bir hissə olsa da, 5.9 faiz respondent açıq havada gəzmək məqsədilə evdən çıxır. Karantin rejimində işə getdiyini bəyan edən respondentlərin 18.4 faizi dövlət sektorunda çalışanları əhatə etdiyi halda, özəl sektorda bu göstərici 23.7 faiz təşkil edir.

Eyni zamanda, respondentlərin, həm də onların timsalında xalqın əksəriyyətinin COVID-19 virusu barədə məlumatlılığı, onunla davranış qaydaları, xəstəxanalara müraciət və karantin günlərində nəzərdə tutulan davranış qaydaları barədə bilgiləri test edilib.

Respondentlərin mütləq əksəriyyəti (93.9 faiz) karantinə alınmağı həmin şəxsin sağlamlığı baxımından olduqca vacib sayır. Digər tərəfdən milli təhlükəsizlik və həmrəylik baxımından bir o qədər respondent də (95.5 faiz) potensial daşıyıcıların karantinə alınmasını ətrafdakıları qorumaq baxımından önəmli bir tədbir kimi qiymətləndiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam