Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

30 milyonluq tenderi udan şirkətin sahibi İnam Kərimovun qohumudur? -İLGİNC FAKT

 
Yenixeber.org: 2018-ci ildən bəri dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlər artan tepmlə davam edib. Belə ki, təkcə 2019-cu ildə nazirliyə dövlət büdcəsindən 147 milyon 864 min, 2020-ci ildə isə 216 milyon 963 min manat vəsait ayrılıb.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi 2013-2018-ci illərdə maldarlığın inkişafı üçün dəyəri yüz milyonlarla ölçülən layihələr həyata keçirib. Nazirliyin dəyəri milyonlarla ölçülən layihələri hazırda da davam etdirilir.

Bəs bu layihə və tenderləri hansı şirkət həyata keçirib?

Əldə etdiyimiz məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin avqust ayınının 9-dan 2-19-cu ilin dekabr ayınının 19-na kimi 6 lot üzrə sifarişçi olduğu tenderin ümumi məbləği 30.241.087 (otuz milyon iki yüz qırx bir min səksən yeddi manat təşkil edib:

1. Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri - 698.350
2. Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri - 1.015.765
3. Aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi - 5.771.621
4. Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi - 9.744.578
5. Göygöl rayonunda İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi - 12.750.533
6. Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının xarici mühəndis kommunikasiya təchizatı - 260.240.

                          30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Dörd ay ərzində davam keçirilən bu tenderlərinin hamısının qalibi isə "FASAD-F" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Fasad-F" Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. "Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.

Məlumata görə, "Fasad-F” MMC-nin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğlu əslən Tərtər rayonunun Köçərli kəndindəndir. Eyni zamanda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisi və qohumu olduğu deyilir.

Yarandığı müddətdən indiyədək ölkə miqyasında heç bir ciddi tikinti işi ilə məşğul olmayan tikinti şirkətinin – "Fasad-F” MMC-nin birdən-birə Kənd Təsərrüfatı Nazirliyinin 30 milyonluq tenderini udması da şirkət rəhbərinin nazirin qohumu olması barədə deyilənlərin həqiqət olduğuna dair ehtimalları gücləndirmiş olur.

Bununla belə araşdırmalarımız zamanı "FASAD-F” MMC barəsində daha maraqlı faktlar əldə edə bildik. Belə ki, 2016-cı ildə təsis edilən "Fasad-F” MMC hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57 ünvanı göstərilsə də, şirkətin faktiki ünvanı Binəqədi şossesi 12 ünvanında fəaliyyət göstərən "Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur.

                           "Fasad-F MMC" saytlardan iş elanını niyə sildi?

"FASAD-F” MMC 2016-cı ilin oktyabr ayında təsis olunsa da, 2018-ci ildə şirkətdə reyestr dəyişikliyi baş verəndən-rəhbərliyin dəyişikliyindən sonra şirkət aktivləşməyə başlayıb.

Belə ki, bir çox sosial şəbəkələrdə, elan saytlarında "FASAD-F" MMC-yə savadlı mühasiblərin lazım olduğu barədə xəbərlər dərc olunub.

Maraqlıdır ki, bu elanda "Fasad-F" MMC-də işləmək istəyən şəxslərə "AKABE-İnsaat"-ın ofisinə müraciət etmələri bildirilib. Ancaq sonradan bu elanların əksəriyyəti sosial şəbəkələrdən silinib.

Məlumata görə "Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.

Vüqar Cəfərovun Kənd Təsərrüfatı Nazirliyinin tenderləri üzrə inşa etdikləri tikintilərə şəxsən rəhbərlik etdiyi deyilir.
Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT


Vüqar Cəfərov
                      30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur?

Yerli mediada yayılan məlumatlarda isə "Akabe İnşaat"-ın ölkənin ən məşhur generallarından birinə məxsus olduğu yazılır.

Mövzu ilə bağlı yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğu göndərsək də, nazirlik sorğunu cavablandırmayıb, yazıda qeyd olunan fakt və iddialara cavab verməyib.(arqument.az)Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT
Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT
Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT
Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT
Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam