Cari il dünyada 65 jurnalist peşə vəzifəsinin icrası zamanı öldürülüb.
Yenixeber.org: Bu barədə "Sərhədsiz Reportyorlar” Təşkilatının illik hesabatında bildirilib. Hesabata əsasən, Suriya və Meksika jurnalistlər üçün ən təhlükəli ölkələrdir. Hər il orada uyğun olaraq 12 və 11 jurnalist öldürülür.
Jurnalistlərin 26-sı təhlükəli şəraitdə aviazərbələri və artilleriya atəşi nəticəsində ölüblər. 39 jurnalist isə siyasi maraqların və iqtisadi cinayətlərin qurbanı olublar.
Cari il dekabrın 1-nə olan məlumata görə, informasiya ötürdüyü üçün dünya üzrə 326 jurnalist saxlanılıb, 54 KİV nümayəndəsi girovluqdadır, medianın iki təmsilçisi isə itkin düşüb.
Hesabatda bildirilib ki, 2016-c ildə peşə vəzifəsinin icrası zamanı 74 jurnalist ya qələ yetirilib, ya da öldürülüb.(report)