Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bacanaqların talan etdiyi rayon... - İTTİHAM

Bacanaqların talan etdiyi rayon...


Bir neçə gün bundan əvvəl saytlarda “İcra başçısı bir ailənin dağılmasına bais olub” və “İcra başçısının ailə klanı” başlıqlı məqalələr dərc edilmişdi Həmin məqalələrdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri, rayon sakinləri və sahibkarların ondan ölkə başçısı İlham Əliyevə çoxsaylı şikayətlər göndərməsindən bəhs edilmişdi.
Yenixeber.org:    Həmin yazılarda oxşar şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu və Salyan rayonu, Salyan şəhəri Ə. Quliyev küçəsi ev 1 mənzil 61-də qeydiyyatda olan Mahmudova Fatimə Seyidağa qızının Ənvər Seyidəliyevdən çox ciddi ittihamlarla dolu şikayətlərindən götürdüyümüz faktlar qeyd edilmişdi. Belə ki, F.Mahmudovanın iddia etdiyinə görə jurnalist kimi 2013-cü ildə Ağsu rayonuna xidməti işlərlə əlaqədar ezam olunubmuş. Həmin vaxtdan başlayaraq RİH başçısı Ənvər Seyidəliyevlə yaxşı münasibətləri yaranıb. İcra başçısı onu bir neçə dəfə rayonda olan tədbirlərə və açılışlara dəvət edibmiş. Bir neçə aydan sonra isə Ənvər Seyidəliyev Bakıya gələrək 9-cu mikrorayon ərazisində yerləşən restoranlardan birində həmin xanıma sevğı etirafı belə edibmiş. Şikayətçi xanım dəfələrlə ona bir övladının olduğunu və həyat yoldaşı bunu bilərsə çox pis nəticələnəcəyini desə də, Ə. Seyidəliyev ondan əl çəkməyib. Dəfələrlə onun yaşadığı ünvana hədiyyələr göndən Ə. Seyidəliyevin bu hərəkətlərindən sonra ailəsi dağılan xanım, subay olduğuna və uşağını təkbaşına saxlaya bilməyəcəyini görüb onun təklifi ilə razılaşıb. Onlar kəbinlə evləniblər və Ə. Seyidəliyev hər həftə rayondan Bakıya gələndə öz ailəsi kimi gəlib F. Mahmudovanın yanında qalmağa başlayıb. Xanımın etibarını qazanan icra başçısı onun 2015-ci ildə “Şərur” MTK-ya məxsus binada olan, atasının aldığı 3 otaqlı mənzili 78 min manata satdırıb. Mənzilin pulunu xaricdən zəng edərək hər ikisinin ortaq tanışları olan Nadir adlı şəxsə verməyini bildirib. Xanımı əmin edib ki, narahat olma, qayıdandan sonra üstünü düzəldib daha komfortlu başqa bir mənzil alacaq. Bu hadisədən bir müddət sonra Ə. Seyidəliyev 6 min manat pulu Rüstəm adlı şəxslə F. Mahmudovaya göndərib. Yerdə qalan 72 min manatı hələ də verməyən Ə. Seyidəliyev şikayətçi xanımın uşağıyla 2016-cı ildən bəri kirayələrdə və çox acınacağlı vəziyyətdə yaşamasana bais olubdur. Valideynlərinin hər ikisinin də Qarabağ döyüşlərinin iştirakçısı və veteranları olduğunu qeyd edən F. Mahmudova dövlət başçısından və əlaqədar qurumlardan günahkarın cəzalandırılmasını və ona dəyən maddi ziyanın ödənilməsi üçün öz köməkliklərini göstərmələrini xahiş edirdi.
Oxşar şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu da rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərmişdi. Həmin məktubda icra başçısının qanunsuz əməlləri, qohumlarının hansı vəzifələr tutmaları və ailə biznesləri barədə şok faktlar açıqlanmışdı. Şikayətçi qeyd edirdi ki, vaxtilə Ənvər Seyidəliyev bacısı oğlu Səlim Müslümovun xeyir-duası ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park tikdirib: “Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş, ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt mənə 80 min manat kompenasiya ödənəcəyinə söz versə də, 6 ildir o pulu ala bilmirəm. Axırda mənə dedi ki, get, pulunu Prezidentdən istə”. Şikayətçi yazırdı ki, Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov, onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumları Ağsu və ölkənin müxtəlif bölgələrində özbaşınalıqlar ediblər: “Səlim Müslümov nazir işlədiyi dövrdə müxtəlif saxtakarlıqlar edib.Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda - onun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda söz-söhbət dolaşır ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. Çox maraqlıdr ki, Müslümov işdən azad olunan kimi, onun mühüm vəzifələrdə çalışmaqla milyonlara sahib olan qohumları Ağsunu “ölü” rayona çeviriblər. Özlərinə sərf edən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar. Hətta Səlim Müslümovun hələ də hər il üçün 70 min funt-strelinq ödədiyi kiçik oğlunun İngiltərədən ölkəyə qaytarmamaq planını həyata keçirdiyini deyənlər də var. Elə bu yerdə sual edirəm: Müslümov bu qədər pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı pulla alınıb? Siz Səlim Müslmovun Pirhəsənlidəki villasını görsəniz, heyrətə gələrsiniz. Onun kənddəki iqamətgahında yüksək təmtəraqlı, son model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş qəbul otağı, xidmətçiləri də var”.
A. Oruclunun yazdığına görə, Ağsuda S. Müslümov və icra başçısı olan dayısının əkin sahələri də var: “Onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndi iş elə gətirib ki, onların da zəhmət haqqını da vermirlər”. Ağsu sakini Müslümovun “çətiri altında” karyerada irəliləyən 21 nəfərdən ibarət qohumlarının siyahısını da redaksiyamıza göndərmişdi. Biz onların adlarını və vəzifələrini həmin məqalədə göstərmişdik.
Aktualxeber.az-a daxil olan yeni məlumatlar əsasında hazırladığımız bu məqaləmizdə isə Ə.Seyidəliyevin bacanağı, bacısı oğlu, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əl-ələ verərək Ağsunu necə viran qoymaları və onların rayonun demək olar ki, 95%-ni özəlləşdirmələrindən faktlarla yazacağıq. Onlar rayonu aşağıda göstərdiyimiz faktlarla zəbt ediblər:
1. Ağsu şəhərində Vərəm dispanserinin taxta binası yandırıldı. Onun 5 ha-dan yuxarı olan torpaq sahəsi özəlləşdirildi və hündür hasarla əhatəyə alındı. Hətta gözləri doymadı, ona yaxın olan C.Cabbarlı küçəsinə 4 metr girərək küçəni daraltdılar.
2. Rayonda olan maşın və traktorların birliyini (köhnə MTC) özəlləşdirdilər, 100-lərlə maşın, kombayın, traktorları, tokar dəzgahlarını, böyük sənaye tipli təmir emalatxanalarını söküb satdılar. Həmin pullardan vergi orqanlarına 1 manat da olsa pul ödəmədilər. Həmin MTC 5 ha-dan yuxarı torpaq sahəsində özlərinə istilikxana (parnik) inşa etdirdilər. Hər hektarına 1 milyon manatdan yuxarı pul qoyulub. Sual olunur, bu pulların mənbəyi haradandır?Həmin yerlərdə yerli ağsulular heç fəhlə kimi də işləyə bilməz. Bu yerlərdə öz qohumlarını və ya ətrafdan gətirdikləri adamları işlədirlər.
3. Səlim Müslümov və Ənvər Seyidəliyev rayon istehlak cəmiyyətinin köməkçi idman salonunu, eyni zamanda 3 ha yaxın torpaq sahəsini qohumlarının adına alaraq özəlləşdirmişlər.
4. ”Ağsu çörək MMC” Səlim Müslümovun atası, Yanvar Müslümovun adına özəlləşdirilmiş və keyfiyyətsiz çörək məhsulları istehsal etməklə fəaliyyətdədir.
5. Köhnə yanğınsöndürmə idarəsinin və kübrə idarəsinin torpaq sahələri bu oliqarxlar tərəfindən alınmışdır.
6. Hal-hazırda Ağsu şəhər ərazisində 25 ha artıq torpaq sahələrini özəlləşdirib götürmüşlər.
7. 2014-2015-ci dərs ilində Muradlı, Dilman, Keçdiməz kəndlərində yeni məktəb tikintisi üçün ayrılan maliyyə vəsaitləri on dəfələrlə şişirdilib pulları mənimsənilmişdir.
8. Bico kəndində uşaq bağçası tikilmək üçün ayrılmış vəsait mənimsənilərək heç bir iş görülməmişdir.
9. Rayon mərkəzi xəstəxanasının yanındakı yarımçıq tikili olan bina S. Müslümov və Ə. Seyidəliyev özəlləşdirərək götürüblər.
10. Onların xeyli sayda restoranlar şəbəkəsi, supermarketləri, tikinti satış bazarları vardır. Ağsu-Göyçay yolu üzərində yol boyu olan obyektlərin xeyli hissəsi bunlara məxsusdur.
11. Ağsuda Ənvər Seyidəliyev tərəfindən, saxta dərmanlar istehsal olunur, rayonun apteklərində və qonşu rayonlarda satılır.
12. Ənvər Seyidəliyev rayon icra hakimiyyətinin başçısı olan kimi, arxası S. Müslümovun göstərişi ilə Ağsu rayonunun 16-kəndinin sovet dövründə qurulmuş, meliorasiya borularını 2 metr 2. 5 metr dərinlikdən torpaqdan çıxararaq satmışlar. Həmin kəndlərin torpaq sahələri heç bir şeyə yaramadığı üçün, şoranlaşdığı üçün istifadəsiz qalıb.
13. Ənvər Seyidəliyevin Ağsu şəhəri üçün Quzey kəndindən çəkdirdiyi deyilən bulağın boruları Hacıqədirli və Ərəbmehdibəy kəndlərindən sökülmüş meliorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən 1.500.000 (bir milyon beş yüz min) manat pulu mənimsədi. Həmin çəkilən bulağın suyu texniki su olduğu üçün heç nəyə yaramır.
14. Hər il Ağsuda 100 hektarlarla torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir ya əkilmir, amma subsidiyalar mənimsənilir.
15. Səlim Müslümov və Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc, və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyələr adından satılmış və pulu mənimsənilmişdir.
16. Bico kəndində, 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha əhalinin pay torpaqları S. Müslümov və Ə. Seyidəliyev tərəfindən 1 ha 2100 manata alınmışdır. Burada torpaq alqısı hələ də davam etməkdədir.
17. Girdiman çayında S. Müslümovun və Ə. Seyidəliyevin gün ərzində 350-400 ton daş-çınqıl istehsal edən daş karxanası vardır. Bu məhsullar rayona, qonşu rayonlara, hətta Bakı şəhərinə satılır, ancaq dövlətə 1 manat da olsa vergi verilmir.
18. Ağsu şəhərində bardiyar sexi, üzdaşı sexi, tamet sexləri vardır. Bu adamların gözü doymur, gördükləri işlərin də hamısı görünüş xatirinədir. Hər il rayonun mərkəzi küçələrini sökdürür və özünə məxsus keyfiyyətsiz üz daşı, bardiyar və tametləri dəyişib, xeyli pul mənimsəyirlər.
19. Rayonda olan bütün vəzifələr öz qohumlarının əlindədir. Kənar adamları yaxın qoymurlar.
20. Cənab prezidentin Ağsuya səfəri zamanı 5-dağ kəndinə su çəkildiyini və həmin kəndlərdə evlərə paylandığı, artıq istifadə olunduğunu deyərək ona yalan məlumat verərək onu aldatmışlar. Ağsuda dayı bacıoğlunun hər işi belədir.
21. Bu oliqarxlar öz cinayət əməllərindən əl çəkmir, istədikləri adamı öldürtdürə və şərləyə bilərlər. Ə. Seyidəliyevin vəzifədə olduğu dövrdə 11 nəfər Ağsulu müəmmalı şəkildə ölmüşdür. Ə. Seyidəliyevin oğlu Dəyanət “cip”maşını ilə Şamaxı rayonunun Məlhəm kəndində uşaq vurub öldürdü. Cinayət işi necə bağlandısa, indi də səsi-sorağı yoxdur.
22. “Aqrolizinq” yolu ilə fermerlərə və ailə kəndli təssərrüfatlarına güya 750-800 ton mineral gübrə satılıb. Həqiqətən həmin gübrələr Kürdəmir dəmir yolu stansiyasında Ə. Seyidəliyev tərəfindən satılıb və pulu mənimsənilib. Bələdiyyə sədrləri və icra nümayəndələri vasitəsi ilə güya gübrə kəndlilərə satılıb deyə sənədləşdirilib.
23. Curuğlu kənd sakini, mərhum şəhid atası Heydərov Ələkbər Xeyrulla oğlunun ürəyini partladıb, öldürdülər. Belə ki, şəhid Müşviqin ailəsi ev tikilməsi adı ilə 83. 000 (səksən üç min manat) sənədləşdirib, pulunu götürüblər. Faktiki olaraq evi yarımçıq qoyaraq, cəmi 3500 (üç min beş yüz manat) pul veriblər. Ələkbər kişi bunu biləndə rayon icra hakimiyyətinə gəlib, araşdırma aparanda ürəyi partlayıb dünyasını dəyişdi. Mərhumu Ə. Seyidəliyev iki il imiş ki, get-gələ salıblarmış.
24. Yalandan 6-ay bundan əvvəl xəbər verirlər ki, Gəgəli, Rəhmalı, Kəndoba kəndlərinə qaz verildi. Ancaq indi Gəgəli kəndində yoxlanış üçün yanır, o biri kəndlərə hələ yenicə qaz xəttləri çəkilir. Hesablamalara görə, S. Müslümovun 7-10 (yeddi-on milyard manat) daşınmaz əmlakı və xarici banklarda pulu vardır. Onun bacanağı və dayısı Ənvər Seyidəliyevin, 80-100 (səksən-yüz milyon) manat daşınmaz əmlakı və xarici banklarda pulu vardır. Bu da öz növbəsində onu deməyə əsas verir ki, bu adamlar ciddi şəkildə korrupsiya ilə məşğuldurlar.
Dövlər başçısı məmurlardan vəzifələrini düzgün yerinə yetirməsini tələb edir. Buna əməl etməyənlər, sui-istifadə edənlər, öz şəxsi maraqlarını güdənlər isə ifşa olunaraq qanun qarşısında cavab verməli olacaqlar. Varlı nazir və məmurlar dövlət və xalq üçün təhlükəlidir. S. Müslümov və Ə. Seyidəliyevin hektarlarla torpaq sahələri, yüzlərlə biznes obyektləri vardır. Ömründə bir kitab oxumayıb, fikrini sözlə ifadə edə bilməyənlər, onun-bunun hesabına taxta çıxanlar, min bir hoqqa ilə kiməsə torba tikməklə vəzifə sahibi olan Ə, Seyidəliyev hər fürsətdə ağsuluları alçaldır, aşağılayır. Vəzifələrə dövlətə, millətə sədaqətli olan şəxslər gətirilməlidir.Azərbaycan Respublikasının Prezidenti dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsiplərinə əməl olunması ilə bağlı müntəzəm çıxışlar edib, tapşırıqlar verir. Ancaq çox təəssüflər olsun ki, Prezidentin bu sözlərinə Ağsuda qulaq asıb əməl edənlər yoxdur.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. (bizimdovr.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam