Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İcra başçısı vədinə əməl etmədi?

 

Əhali qiymət artımın qarşısını almaq üçün tədbir görməyən Ənvər Seyidəliyevlə yenidən görüşmək istəyir 

Xeberinfo.com:   Sonuncu devalivasiyadan sonra qiymətlərin sürətli şəkildə bahalaşması bəzi rayonlarda etirazlara səbəb olmuşdu. Jam.az xəbər verir ki, Siyəzən, Quba, Ağcabədi və daha bir neçə rayonda baş vermiş etirazların qarşısı alınsa da, narazılıqlar hələ də davam etməkdədir. 

Məlumatlarda vurğulanır ki, əhalinin qiymət artımına etdiyi etirazlardan biri də Ağsu rayonunda qeydə alınmışdı. Həmin vaxt insanlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək, icra başçısı Ənvər Seyidəliyevlə görüşməyə nail olmuşdular. Seyidəliyev isə onları qəbul edərək vəd etmişdi ki, qiymət artımı məsələsiylə bağlı tədbir görəcək. Lakin…

Məlumata görə, Ağsu rayonunda bəzi işbazlar qiymətləri yenidən qaldıraraq, əhalini çətin duruma salmağa başlayıblar. Gələn xəbərlərdə vurğulanır ki, həmin işbazlar xüsusən zəruri ərzaq mallarını bahalaşdırmaqla insanları sınağa çəkməyə çalışırlar. İcra başçısı Ənvər Seyidəliyevin isə bu məsələyə müdaxilə edə bilməməsi və ya passiv yanaşması isə camaatda narazılığı artırmağa başlayıb. 

Bəzi iddialara görə, ağsulular yaxın günlərdə yenidən İcra Hakimiyyətinin qarşısına yığışaraq, icra başçısı ilə görüşmək niyyətindədirlər. Bu dəfə isə onlar Ənvər Seyidəliyevdən konkret olaraq verdiyi vədlərə əməl etməsini tələb edəcəklər. 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam