Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycan-Gürcüstan sərhədində - erməni təxribatı

Keşikçidağ ərazisində bir qrup Gürcüstan vətəndaşının Azərbaycan Sərhəd Qoşunlarının əsgərlərinə hücum edərək silahını alması son dərəcə xoşagəlməz olaydır. Gürcüstan tərəfdən gələnləri ona görə gürcü kimi təqdim etmədik ki, onların milliyyəti ilə bağlı ciddi şübhələrimiz var.

Yenixeber.org: Gürcüstana bələd olan heç kəsə sirr deyil ki, ölkədə adını-soyadını gürcüləşdirən və Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsi üçün dəridən-qabıqdan çıxar xeyli erməni var.

Nizamnamə gərəyi həmin əsgərlərin xəbərdarlıqdan sonra sərhəd pozucularına atəş açması tam qanuni bir hərəkət olardı və Azərbaycan sərhədlərinin nə qədər ciddi qorunduğunu təxribatçılara göstərərdi. Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq isə çətindir...

Rusiyaya bağlılığı şübhə doğurmayan və hər keçən gün ölkəsində nüfuzu sürətlə aşağı düşən rəsmi Tiflisin xaç atası Bdzina İvanişvilinin, erməni lobbisinin çox güclü olduğu Fransada doğulub böyüyən prezident Salome Zurabişvilinin yumşaq desək, susqunluğu ilə başlanan anti-Azərbaycan meyllərinin sərhəddə partladacağı “bomba”nın qəlpələri həm tarix, həm də coğrafi baxımdan çox uzağa saçıla bilərdi. Baş verənlərə buradan baxsaq, Azərbaycan Sərhəd Xidmətini bu təxribatın qarşısını alması münasibətilə təbrik etmək olar. İndi sıra Gürcüstanda Azərbaycan qarşı təxribatçı meyllərə görə rəsmi Tiflisdən hesab sormalı olan qurumlardadır.

Azərbaycan Xarici İşlər Nazirliyinin dərhal Gürcüstanın Bakı böyükelçisindən açıqlama tələb etməsi Bakının iki ölkə arasındakı münasibətlərdə sivil tonu qorumaq üçün öz tərəfindən bütün addımları atdığını göstərdi. Ancaq diplomatik ritorikadan başqa, Azərbaycanın Gürcüstanı məntiqi addımlara qaytarmaq üçün digər rıçaqları da çoxdur. Məsələn, noyabr-dekabr aylarında Azərbaycan Gürcüstana gedən qaz xəttində “qəfil nasazlıq” səbəbindən cəmi 1 həftə-10 gün çəkən təmir işlərinə başlasa, İvanişvili Rustaveli prospektində soyuqdan donan gürcülərin əlində əsir-yesir qalar. Dini duyğuları güclü olsa da övladı donan gürcülərin buz kimi xaçdan yapışacaqları dini əsatirlər qədər nağılvaridir.

Azərbaycanın bu halda iqtisadi itkilərini hesablamağa da gərək yoxdur. Siyasi üstünlüyə görə iqtisadi itkiləri gözə almaq Azərbaycan üçün dəfələrlə təkrarlanmış təcrübədir. Özü də bu, yalnız Azərbaycanın xarici siyasətində baş vermir. Almaniya kansleri Angela Merkelin Krım işğal edilən günlərdəki sözlərini yada salaq:”Avropa Ukraynaya həbri müdaxilə etdiyi üçün Rusiyaya sanksiya tətbiq edəndə özü də ziyan çəkir. Bizim Rusiya ilə uzun illər iqtisadi münasibətlər quran çox şirkətlərimiz var. Ancaq siyasətin prinsipial məqamları gündəmə gələndə iqtisadi çıxarlar ikinci mərhələyə keçir”.

Bir məqamı da unutmaq olmaz – Gürcüstan bu gün yeni seçki ərəfəsindədir və indiki iqtidar böyük ehtimalla siyasətin zirvəsindən uzaqlaşdırılacaq. Rusiya ilə yaxınlaşma meylləri Gürcüstanda elə dərin yaralar açıb ki, siyasi dəyişikliklərə alşmış toplumun bu yaraları açan qüvvəni yenidən haimiyyətdə saxlayacağı böyük şübhə altındadır. Gürcüstan müstəqillik əldə etdikdən sonra bütün müsbət dəyişiklikləri ölkəyə qərbyönümlü siyasilər rəhbərlik edəndə qazanıb. Gürcü Arzusu Partiyası bir müddət həmin siyasətin kölgəsində girələnsə də, artıq hər şey gün üzünə çıxıb. Zurabişvilinin siyasi səbatsızlığı, İvanişvilinin Qərblə-Rusiya arasında Kremlin xeyrinə reveransları hakimiyyətlə xalq arasında ciddi çat yaradıb. Abxaziya və Osetiyanı Gürcüstandan ayırdığı üçün gürcü siyasilərin də, vətəndaşların da açıq mətnlə işğalçı adlandırdıqları Rusiyanı təmsil edən deputatın Gürcüstan parlamenti sədrinin kürsüsünə əyləşməsi ilə başlayıb küçələrdə qanlı olaylara çevrilən etirazlar bu gün də səngiməyib. Gürcülərə görə, bu durumun məsuliyyəti birmənalı Gürcü Arzusu Partiyasının üzərindədir.

Rusiya deputatları Gürcüstandan qovulandan sonra prezident Vladimir Putinin çağırışı ilə iki ölkə arasında turizm əlaqələri faktiki dayanıb. Turizm isə Bakı-Tiflis-Ceyhanla bərabər ölkənin qan damarıdır. Avropalılar arasında Gürcüstan onsuz da çox populyar deyildi. Ukraynalıların çoxu üçün iqtisadi səbəblərdən şəhərkənarı pikniklər artıq lüksdur. Qalır ərəblər... İndi ərəb sularında boğulan Gürcüstan turizmi üçün Azərbaycan əls xilas kəməridir. Rəsmi Tiflis Keşikçidağda təxribat tərədənləri cəzalandırmasa, azərbaycanlılar ən azı təhlükəsizlik baxımından Gürcüstana getməyəcək. Bu halda ölkəyə nə qədər ziyan dəyəcəyini Gürcü Arzusu özü hesablasa yaxşıdır.

Gürcüstan müxalifətinə gəlincə, hakimiyyətə əsas alternativlər Azərbaycanla münasibətlərin kəskinləşməsini istəmirlər. Eks-prezident Mixeil Saakaşvili, bir zamanlar onun rəhbərlik etdiyi Vahid Milli Birlik Partiyasının, eləcə də bu partiyanın şinelindən çıxmış Avropalı Gürcüstanın rəhbərliyində təmsil olunan bütün şəxslər Keşikçidağ monastırı ilə bağlı çıxışlarında Azərbaycanla Gürcüstan arasında bu münaqişənin kənardan körükləndiyini bildirib, iki xalqın dost münasibətlərinin saxlanması üçün tərəfləri məsuliyyətli olmağa dəvət ediblər. Bunula yanaşı, delimitasiya və demarkasiya prosesinin qısa zamana yekunlaşmasını problemin köklü həlli üçün vacib saydıqlarını bildiriblər.

Gürcüstanda sağlam düşünən hər kəs ölkənin sağlam qonşuluq münasibətlərinin yalnız iki ölkə ilə - Azərbaycan və Türkiyə ilə qalıcı olduğunu dərk edirlər. Qafqazdakı gərginliklərin senari müəllifi, regiondakı bütün ölkələri bir-birinə düşmən edib onları konfliktlər üzərindən öz iradəsinə tabe etmək istəyən Rusiya ilə hansı mehriban qonşuluq, bərabərhüquqlu tərəfdaşlıqdan danışmaq olar? Ermənistan isə zibillikdə eşələnən köpək kimi bütün pisliklərin başında gəlir... Qarabağı işğalda saxladığı üçün bütün regional layihələrdən kənarda qalan Ermənistan yaradıcısı ilə bərabər Gürcüstan-Azərbaycan münasibətlərinin pozulmasından ən çox maraqlı olan ölkədir.

Sadalanan səbəblərdən problemsiz yaşamaq, güclənmək istəyən Gürcüstan üçün ən təhlükəsiz stratejinin yolu Azərbaycan və Türkiyədən keçir. İki qardaş, dost və Kremlin cəngindən qurtulmaq istəyən Gürcüstan üçün Qərbə birbaşa qapı açan ölkədən.

P.S. Gürcüstanda ən böyük etnik azlıq olan türk faktoruna bilərəkdən toxunmadıq. Sayları 500 mini aşan soydaşlarımızı qısaməzunlu siyasi gərginliklərə alət etmək yolverilməzdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam