Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Atasının vasitəçi yolunu gedən yapon baş nazir: TRAMPDAN XEYİR-DUA ALMIŞ ŞİNZO ABE XAMNƏİNİN ETİBARINI...? - Təhlil

“Əl-Monitor”, 11.06.2019

 

Yaponiyanın baş naziri Şinzo Abe İrana tarixi səfər edəcək. ABŞ prezidenti Donald Trampın xahişi ilə gərginliyi azaltmaq üçün ABŞ-İran dialoquna kömək edə biləcəyini düşünərək. Amma Tramp administrasiyası maksimum təzyiq kampaniyasını iki dəfə artırdığından, İran da ABŞ-ın 2015-ci ilin nüvə razılaşmasına qayıdışını tələb edir. Odur ki, Abenin manevr üçün dar zolağı var.

Yenixeber.org: Yaponiyanın Enerji İqtisadiyyatı İnstitutunun prezidenti və Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi Koiçiro Tanaka deyib: “Abenin niyyətinə çatmaq istəyi çiyinlərindəki yükü nə vaxta qədər daşımağa hazır olmasından asılıdır. Əgər o, gərginliyi azaltmağa çalışırsa, bu, qısa müddətli olacaq. Abe nüvə razılaşmasını xilas etməyə çalışarsa və ya hətta Tehranla Vaşinqton arasında dialoqun təməlini qoyarsa, əvvəlcədən İran rəhbərliyinə göstərməlidir ki, o, sadəcə elçi, ya da Trampın kuklası deyil”.

Ötən ay Yaponiyada olarkən, Tramp Abenin İrana səfərini dəstəkləyib. Tramp mayın 27-də ikitərəfli görüşdən qabaq jurnalistlərə açıqlamasında deyib: “Baş nazirin və Yaponiyanın İranla çox yaxşı əlaqəsi olduğunu bilirəm. İnanıram ki, İran dialoq istəyir. Biz də söhbətə hazırıq”.

Amma ABŞ səlahiyyətliləri səfərin hər hansı bir sıçrayış üçün zəmin olacağına inanmırlar. Administrasiyanın anonim qalmaq istəmiş bir rəsmisi deyib: “Məncə, ABŞ-İran toplantısını ən azı altı ay gözləməliyik. İranlılar nüvə sazişinə qayıtma şərtindən vaz keçmirlər”.

Yaponiya ilə İran arasında əlaqələrin 90 illiyi ilə əlaqədar iyunun 12-14-də Tehrana səfər edəcək Abe, İran prezidenti Həsən Ruhani və Ali Dini Lider Ayətullah Əli Xamnəi ilə görüşəcək. Abe 1983-cü ildə xarici işlər naziri olan atası ilə birlikdə sıravi vətəndaş kimi İrana səfər edib. İran-İraq müharibəsi dövründə mərhum atasının vasitəçilik səyləri uğur qazanmayıb.

Baş nazir sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının açılış sessiyasında Trampla Ruhani arasında görüş təklifi irəli sürə bilər, lakin iranlılar bu cür təmas təklifini bir jest olmadan qəbul etməyəcəklər. Beynəlxalq Böhran Qrupunda İran proqramının direktoru Əli Vaiz bildirib ki, İranın neft ixracını sıfıra endirmək məqsədilə ABŞ tərəfindən hazırlanan sanksiyalar yumşaldılmalıdır.

“Yəqin, baş nazir təklif edir ki, prezident Ruhani ilə prezident Tramp BMT-də görüşsünlər, – Vaiz “əl-Monitor”a bildirib.– Bu, sonuncu fürsət ola bilər, çünki Ruhani BMT-yə bir də gələn il gələcək. Bu isə ABŞ prezident seçkiləri və 2021-ci ildə İran prezident seçkilərinə çox yaxın müddətdir”.

Lakin İran tərəfi, bir növ, jest şəklində Ruhani-Tramp görüşünə razılıq verməkdən öncə şərt irəli sürə bilər: ABŞ-ın ikinci sanksiyaları yüngülləşdirməsi.

“Prezident Tramp zirvə üçün təzyiqləri aradan qaldırmağa hazır olduğunu göstərən ilk addımı atmazsa, zirvənin mümkün olacağını düşünmürəm”.

“Abenin İrana konkret təkliflər verib-verməyəcəyini bilmirəm. Amma ABŞ-ın ikinci sanksiyaları dondurması, potensial olaraq, İranın mövqeyini dəyişdirə bilər. Lakin Tramp administrasiyasından bu cür hərəkətlər yoxdur, əslində, onlar iranlılara ilk güzəştlərə gedə bilər. Odur ki, mən hər cür görüşün olacağına şübhə edirəm”.

Baş nazir, həmçinin Yaponiya hökumətinin müstəqilliyini nümayiş etdirmək və İran liderlərinin etibarını qazanmaq istəyir.

Abenin, ABŞ-ı JCPOA-ya dönməyə razı sala bilməyəcəyini düşünərək, Yaponiya İran xam neftinin alıcısı statusunu qorumalıdır. Tanaka deyib: “Beləliklə, buradakı əsas məsələ Abenin gətirəcəyi mesaj deyil, diplomatiya yolu ilə nəyə nail olmaq niyyətidir. Əgər o, böyük uğur qazanmaq və davamlı həll yolu ilə müzakirə istəyirsə, o zaman iranlı liderlərin, xüsusilə də Ayətullah Xamnəinin etibarını qazanmalıdır. Aydındır ki, Xamnəinin etibarını qazanmağın yeganə yolu mövcud vəziyyətdə neft almaqdır. Bu isə ABŞ-a meydan oxumaqdır”.

Tanaka bildirib ki, ABŞ-ın İranın neft-kimya sənayesinə yeni sanksiyalar tətbiqi (7 iyun) ilə Abe artıq missiyası ilə bağlı məyusluğa qapıla bilər: “Tramp administrasiyası İrana qarşı daha çox düşmənçilik əlamətləri göstərirsə, Abe daha təcavüzkar hərəkət etmək məcburiyyətində qalacaq ki, bu isə onun üçün siyasi riskdir”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam