Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“HƏDƏF YAXIN ŞƏRQDƏKİ KÜRD-ABŞ İŞBİRLİYİDİR” – Təhlil

Stanislav Tarasov

regnum.ru, 05.06.2019

 

İyunun 7-dən 11-ədək Naçıxvanda Azərbaycan-Türkiyə “Sarsılmaz qardaşlıq-2019” birgə taktiki təlimlərinin döyüş atışı ilə son mərhələsi keçiriləcək. Azərbaycan müdafiə idarəsinin mətbuat xidmətinin məlumatına görə, təlimlərə qatılmaq üçün hər iki ölkədən 5000-ə qədər hərbçi, 200 ədəddən çox tank və başqa zirehli texnika, 180-ədək müxtəlif kalibrli raket-artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi, 21 təyyarə və helikopter, pilotsuz uçuş aparatları, çağdaş silahların və hərbi texnikanın  silahlanmaya qəbul edilən müxtəlif nümunələri cəlb olunub.

Yenixeber.org:  Aydındır ki, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Birləşməsinin bölmələri, müxtəlif güc qurumları təlimlərə cəlb olunur. Məqsəd qərargahların birgə döyüş əməliyyatları planlarını hazırlamaq, şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksəltmək və birgə vəzifələri icra etmək vərdişlərinin inkişafı yolu ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini əlaqələndiməkdir. Amma indiki halda vurğulanır ki, “Sarsılmaz qardaşlıq-2019” birgə taktiki təlimləri döyüş atışının məşqinə hədəflənib. Ümumiyyətlə, Naxçıvan ərazisində belə hərbi təlimlər ilk dəfə keçirilmir. Sadəcə, bu dəfə Azərbaycanın keçirdiyi silsilə hərbi təlimlər kontekstinə sığır. Bu, təkcə bu ildə dördüncü təlimdir. Üçüncüsü mayın 20-24-də, amma Azərbaycanın daxili ərazisində keçirilib. Durumun başlıca özəlliyi də məhz bundan ibarətdir.

Daxili ərazidə keçirilən təlimlər, əlbəttə, təkcə Ermənistana ünvanlanıb, Dağlıq Qarabağ münaqişəsini güc vasitələrilə həll etmək imkanlarını sərgilməkdir. Bəs Azərbaycandan uzaq düşmüş Naxçıvandakı hərbi təlimlər nəyi və kimə sərgiləyir. Azərbaycanın bir çox hərbi eksperti bununla bağlı iddia edir ki, Ermənistanla savaş başlayacağı halda Naxçıvan bu ölkəyə zərbə endirmək üçün ən uyğun əməliyyat meydanıdır. Amma onda belə əməliyyatlar KTMT üzvü olan dövlətə qarşı təcavüz aktı kimi dəyərləndiriləcək. Bakı və Ankarada çox gözəl bilirlər ki, Rusiya və Ermənistan arasında sazişə əsasən, Rusiyanın Ermənistanda mənzillənmiş 102-ci hərbi bazası Rusiya Federasiyasının maraqlarını qorumaq üzrə funksiyanı həyata keçirməkdən savayı respublikanın bütün sərhədləri boyunca onun təhlükəsizliyini də təmin edir. Güman etmirəm ki, Azərbaycan, həm də ona müttəfiq Türkiyə həqiqətdə belə bir ssenari niyyətindədir.

Buna görə də yaranmış durumun özgə “oxunuş”a ehtiyacı var. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istənilən variantda Zəngəzur üzərindən Türkiyə və geopolitik durumu dayanıqsız sayılan Naxçıvana çıxışı saxlamaq planlarını çoxdan fikrində tutub. İndi Azərbaycan və Naxçıvan arasında ümumi sərhəd yoxdur. 1921-ci il 16 mart tarixli Moskva Rusiya-Türkiyə sazişinin 3-cü maddəsinə görə, Naxçıvan muxtar ərazi hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilib. Bu maddə özəlliklə bildirir: “Razılaşmaya gələn hər iki tərəf yekdildir ki, Naxçıvan vilayəti indiki sazişin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın bu protektoratı heç bir üçüncü dövlətə güzəştə getməyəcəyi şərtilə Azərbaycanın himayəsi altında muxtar ərazi formalaşdırır”. Bu sazişi hələlik heç kim ləğv etməyib. Bax, Qarabağ problemi buna görə məhəlli səciyyədən çoxdan çıxıb.

Əks halda, onu artıq çoxdan həll etmişdilər. İndi bu problem beynəlmiləl olub, bütün əlamətlərə görə, hər halda aralıq mərhələ olan ATƏT Minsk Qrupu formasında vasitəçilik missiyası var. Yəni Bakının Qarabağ yönündə fəaliyyətini ATƏT MQ tərəfindən, Naxçıvan yönündə 1921-ci il 16 mart tarixli Moskva Rusiya-Türkiyə sazişinin maddələrilə bloklanır. Belə bir konstruksiyanın qırılması bölgə üçün ən gözlənilməz nəticələrlə ciddi sarsıntılar törədər. Paradoks məhz bundadır ki, əgər Azərbaycan bəlli səbəblərdən öz ərazisinin 20%-i üzərində nəzarəti itiribsə, sonradan Türkiyənin Yaxın Şərqdəki mövqeyi kökündən dəyişilib. ABŞ birmənalı şəkildə kürdlərə bel bağlayır və işi buna doğru aparır ki, ən yaxşı halda ölkəni federalladşırmaq prosesinə başlasın. Onda Naxçıvanda hərbi baza qurmaqla kürdlərin qabağını almağa başlaya bilərlər.

Elə Bakı politolqlarının ABŞ prezidenti Donald Trampın İran siyasətinə bağlı gerçək geopolitik təhlükələri göstərərək Bakıya xəbərdarlıq etdiyi daha bir məqam var. Türkiyənin Naxçıvanda fəal hərbi iştirakı faktı Tehran tərəfindən mənfi qavranılır. Rusiya ekspertlərinin hesab etdikləri kimi, 2016-ci ilin aprelində Qarabağ savaşı başlanarkən İranın hərbi əməliyyatlar şəraitində Ermənistanla işbirliyi haqda sazişi işə salmağa hazır olduğu təsadüf deyildi. Bu bildirir ki, İran da, yaşayışı onun ərazisindən təmin olunan Naxçıvanın blokadası haqda məsələ qaldıra bilər. Onda Naxçıvan və Türkiyə arasında dəhliz açılardı ki, bu da münaqişənin coğrafi miqyaslarıın genişələnməsinə aparardı. Potensial  düşmən kimdir: Rusiya, Ermənistan, ya İran? İndiki mərhələdə hadisələrin təhlükəli inkişafını güman etmək hələlik mümkün deyil.

İndi Ankaranın Suriyada silahlı münaqişəni tənzimləməyin ən müxtəlif  perspektivlərinə bağlı başqa geopolitik prioritetləri var, Rusiya və İranla alyansı saxlamadan buna yetmək mümkünsüzdür. Bax, Azərbaycan və Türkiyənin Naxçıvanda növbəti hərbi təlimləri buna görə qarışıq duyğularla qavranılır – onun motivasiyalı əsaslandırılması nəzərə alınmaqla.

Tərcümə: Strateq.az.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam