Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Kütləvi seks tədbirlərinin təşkilatçısı və iştirakçısı olan dövlət başçısı haqda ŞOK FAKTLAR -FOTO

 

54-cü ildə adı qorxunun, dəhşətin, əxlaqsızlığın və özbaşınalığın simvolu olan Neron Romanın imperatoru oldu. Anası Aqrippina oğlu Neronu hakimiyyətə gətirmək üçün 54-cü il 13 oktyabrda əri, imperator Klavdiyi zəhərləyərək öldürmüşdü.

Yenixeber.org: Klavdiyin yerinə hakimiyyəti zəbt edən Neron haqda bəzi maraqlı faktları təqdim edirik.

İmperator Neron haqda inanılmaz qorxulu, insan əxlaqından hər cür kənar faktları oxuduqca normal insanın tükləri biz-biz olur. Kütləvi seks tədbirlərinin təşkilatçısı və iştirakçısı olan, anasını qətlə yetirən bu dövlət başçısının real hərəkətlərinin fonunda tarixin digər ən qorxunc hadisələri uşaq oyuncağı kimi görsənir...

1. Dindarlar məşəl qismində

Neronun fəaliyyətinin tərəflərindən biri ilk xaçpərəstlərin amansız təqibi olur. Bir sıra mötəbər mənbələr - dövrün filosofları TatsıtSvetoniy və Dion Kassiy öz qeydlərində bildirirlər ki, zülmkar imperator onları çarmıxa çəkir və hətta bədbəxtlərin üstünə xüsusi yanar məhlul tökərək onları yandırır, beləliklə bununla da, öz sarayının ətrafındakı bağları işıqlandırırdı...

Neron heç vaxt siyasət məsələlərində proqressiv rəhbər olmayıb. Romada Böyük yanğından sonra xalq onun idarəetməsinə qarşı etiraza başlayanda, imperator yanğında xaçpərəstləri ittiham etdi. Bununla da, qorxunc xristian edamları başlandı. Neron xaçpərəstləri xaça vurmağı və sonra diri-diri yandırmağı əmr edirdi. Məşəl kimi yanan insanlar imperatorun ziyafətlərində işıq mənbəyi olurdular. Qurbanların vəhşi fəryadlarının altında Neron öz qonaqları ilə mehriban söhbət edirdi.

Məhz onun siyasətindən apostollar Pyotr və Pavel zərər çəkiblər - onlardan birincisi başı aşağı xaçda çarmıxa çəkilir, ikincinin isə başı üzülür.

2. Olimpiya "çempionu"

Neronun daha bir həvəsi idman idi. Bu imperator indiyə qədər olimpiya qələbələrinin sayı üzrə dünya rekordunu saxlayır - o, 1808 olimpiya çələngi - indinin qızıl medalının ekvivalentini qazanıb. Necə? Yalançılıqla!

Tatsit yazır ki, arabalarla yarışların birində Neron öz rəqiblərinə 4 atdan istifadə etməyi əmr edir, amma sonra özü 10 at qoşulmuş arabada meydana çıxır. Böyük üstünlüyə baxmayaraq, Neron, finiş xəttini keçə bilməyərək arabadan yıxılır. Amma hakimlər yenə də onu qalib elan edirlər.

3. Nəhəng heykəlli eyş-işrət sarayı

Neronun əsas "nailiyyətlərindən" biri "Domus Aurea"nın tikintisi idi - bu sarayın oxşarını dünya heç vaxt görməmişdi - həzzlərin, kütləvi seks tədbirlərinin sarayı idi. Bu saray qızılla inkrustasiya edilmiş, sədəflər və fil sümüyü ilə bəzənmiş böyük bina idi. Qarşısında Neronun 37 metrlik heykəli qoyulmuşdu. Bu məkan orgiyaların, eyş-işrətlərin keçirilməsi üçün istifadə olunurdu.

Bildirildiyi kimi, sarayda insanlar tavandan onların üzərlərinə tökülən qızılgül ləçəklərinin altında kütləvi sekslə məşğul olurdular. Bütün bu dekadansı anlamaq mümkün olardı, əgər bir nüans olmasaydı: Neron öz ero-sarayını Romada baş verən Böyük yanğından dərhal sonra tikmişdi, halbuki bu vaxt insanlar ümidsiz idi və köməyə ehtiyac duyurdular. "Domus Aurea" onun eqoizminin simvolu kimi səciyyələndirilir. Tezliklə, Neronun ölümündən sonra saraydakı bütün qızıllar Roma vətəndaşları tərəfindən yağmalandı. Mənfur əxlaqsızlıq yuvası onun sahibi ilə birgə ölür...

4. Ağlasığmaz eyş-işrətlər

Neronun cinsi həyatı haqqında hekayələrə az qala hər Roma tarixi barədə yazılan kitabda rast gəlinir. Filosof Tatsıt onlardan birini nəql edir ki, Neron bir neçə gün davam edən orgiyalar (kütləvi seks məclisləri) təşkil edirdi. Svetoniyin qeydlərinə görə isə, hər dəfə Neron "buxarını" bir az buraxmaq üçün çılpaq oğlanları və qızları sütunlara bağlayaraq, heyvan kimi onlara hücum edir, bununla özünə təsəlli verirdi ki, sanki onları parçalayır.

5. Lokustanın edamı

Neronun dövründə insanları zəhərləməkdə ixtisaslaşmış, muzdlu qatil Lokusta məşhur idi. Neronun anası Aqrippina da əri Klavdiyi öldürmək üçün Lokustanın xidmətlərindən yararlanmışdı. Bir müddətdən sonra Lokusta öz cinayətlərinin bədəlini dəhşətli üsulla ödədi. Neronun əmrinə görə, onu hər kəsin qarşısında zorladılar. Sonra isə vəhşi heyvanlar qadını parça-parça etdilər.

6. Apostol Pyotrun çarmıxa çəkilməsi

İsa peyğəmbərin ölümündən təxminən 30 il sonra, 64-cü ildə Neron İsanın şagirdlərindən biri Pyotru edam edir. Pyotr bütün Roma üzrə xristianlığı yaymağa çalışırdı, nəticədə Neron tərəfindən tutulur və başı aşağı şəkildə çarmıxa çəkilir. Pyotru sirkdə - Neronun xaçpərəstlərin ictimai edamları üçün xüsusi olaraq seçdiyi məkanda edam edirlər.

7. Anasının qatili

Öz amansız hərəkətləri ilə Neron yalnız adi Roma vətəndaşları ilə məhdudlaşmırdı. O, öz ailəsini də öldürür. Ən dəhşətlisi isə öz şəxsi anası Aqrippinanı qətlə yetirməsidir. Tarixçilər qətlin motivi haqda fikir ayrılığı yaşayırlar, lakin əmrin Neron tərəfindən verilməsində eyni fikirdədirlər.

Tarixçi Dion Kastiyin qeydlərinə görə, Neron öz anasını xüsusi olaraq hazırlanmış gəmidə dənizə buraxılmasını əmr edir. Bir qədər gedəndən sonra gəminin zəif tikilmiş döşəməsi açılır və Aqrippina dənizə düşür. Amma o sağ qalır və sahilə qədər üzür. Burada isə onu Neron tərəfindən göndərilmiş qatil gözləyirdi. Aqrippina qatili görən kimi, ondan xahiş edir ki, belə iyrənc oğulu doğduğu üçün onun bətnini doğrasın...

8. Arvadının və doğulmayan uşağın qətli

Bəzi tarixçilər hesab edirlər ki, öz anasının öldürülməsi qərarını Neron ikinci arvadı Poppey Sabinanın təsiri altında qəbul etmişdi. Poppey ağıllı qadın idi, o, imperatoru valeh etməyə bacarır və onu birinci arvadı Oktaviyadan ayırır. Həmçinin imperatorun anasına qarşı da amansız düşmənçilik edirdi ki, heç kim Poppeyin hakimiyyətinə mane olmasın. Bir müddət Neron və Poppey ailə xoşbəxtliyində "çimirdilər", amma bu, uzun müddət davam etmədi. Zamanla onlarda fikir ayrılıqları yaranmağa başladı.

Növbəti mübahisə zamanı Neron öz hamilə arvadını ölümcül döyərək öldürür. Mənfur imperator bir neçə il sonra onun keçmiş arvadına çox bənzəyən Sporus adında oğlana rast gəlir. Onu zorla axtaladaraq, Poppey kimi geyindirir və bütün Roma əhlinin gözü qarşısında onunla evlənir...(milli.az)

Zaur Həsənəliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam