Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Tbilisidə aksiyanın təşkilatçısı:"Dövlət təhlükəsizlik Xidməti məni oğurlayıb öldürmək istəyirdi"

 

“Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları məni oğurlayıb öldürmək istəyirdi”

Yenixeber.org:  Bunu Tbilisidə keçirilən “Məni öldürmə!” etiraz aksiyasının təşkilatçısı Zaza Saralidze bildirib.
“Dövlət Təhlükəsizlik Xidməti məni indi oğurlamaq istəyirdi. Dostlarım olmasaydı, mən artıq burada olmazdım... Onlar artıq son tədbirə əl atıblar. Məni məhv etmək qərarına gəliblər”, - deyə Zaza Saralidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə mitinqlər iyunun 2-də saat 18:00-da yenidən başlayacaq. Zaza Saralidze bildirib ki, o tələbləri tam yerinə yetirilənədək aksiyanı davam etdirəcək. İyunun 1-də saat 16:00-da başlayan aksiya iyunun 2-də səhərə yaxın başa çatsa da, Z.Saralidze çadırda qalıb.
Bu gün mitinqə daha çox insanın toplaşacağı bildirilir. Dünənki aksiyada 6 minə yaxın insan iştirak edib. Polis əraziyə nəzarəti gücləndirib.
Gürcüstan Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Zaal Qudumaşvili bildirib ki, heç bir siyasi məqsəd güdmədən müxalifət partiyaları və qeyri-hökumət təşkilatları da mitinqə qoşulacaqlar: “Biz ədalət bərpa olunanadək Zaza Saralidzeyə və digər ailələrə dəstək verəcəyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam