Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Avtobuslarda reklam biznesinin monopoliyası

 

Hazırda şəhərdə olan bütün marşurut avtobuslarında "Bakı Sərnişinnəqliyyat" MMC-nin sərnişindaşımaların monitorinqi,lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov öz monopoliyası altına alıb

"Xeberinfo.com": Bir müddət əvvəl, Tağı Əhmədov «Metropoliten»in rəisi vəzifəsində çalışdığı zaman Bakı metrosunun hər yerində, istər qatarlarda, istər stansiyalarda, istərsə də tunellərdə reklam dərəbəyliyi yaşanırdı. 
Və bu qanunsuz reklamlardan Tağı Əhmədov və yaxınları heç də az qazanmırdılar. Lakin «Metropoliten»in rəhbərliyi dəyişdirildikdən sonra Bakı metro stansilarının tunellərindən Ticarət Mərkəzi olaraq olaraq istifadə etmək kimi anoloqu olmayan bir ənənə ortadan qaldırıldığı kimi, metrodakı qanunsuz reklam biznesinə də son qoyuldu.
İndi də eyni vəziyyət Bakıda sərnişin avtobuslarında yaşanmaqdadır. Belə ki, PİA.AZ-a bu barədə məlumat verən nəqliyyat işçisinin bildirdiiyinə görə hazırda şəhərdə olan bütün marşurut avtobuslarında «Bakı Sərnişinnəqliyyat» Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaların monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov öz monopoliyası alıtına alıb.
PİA.AZ-a danışan mənbəninin bildirdiynə görə əvvəllər avtobuslarda reklam və elanların vurulması qaraj rəhbərliyi, dispetçer və sürücülər səviyyəsində həyata keçirlirdi. Reklam vermək istəyənlər həmin şəxslərə yaxınlaşıb 10-15 manatlıq «hörmət» edir və reklamlarını 1 ay müddətində istənilən avtobusa yapışdırıdılar. Bir müddət əvvəl isə vəziyyət dəyişib. «Bakı Sərnişinnəqliyyat» MMC-nin şöbə müdiri Elçin Nəsirov «reklam» biznesini tamamilə öz monopoliyası altına alıb. İndi onun icazəsi olmadan heç kim avtobuslara reklam yapışdıra bilməz. Bunun üçün isə Elçin Nəsirov müxtəlif marşurutlara «reklam nəzarətçiləri» təyin edib. Onlar bir qayda olaraq qarajlarda və son dayanacaqlarda avtobuslardakı reklamlara nəzarət edirlər. İcazəsiz reklam vuran avtobus sürücüləri cəzalandırılır və həmin reklam cırılıb atılır.
Mənbə bildirir ki, bu reklamlar əslində qanunsuzdur və əvvəllər bir qayda olaraq sürücü və dispetçerlərə çatan reklam gəlirləri indi onlardan tamamilə yan keçir. Əvvəllər reklam pulları minlərlə insanların cibinə getdiyinə görə heç kimin gözünə görünmürdü. İndi isə vəziyyət dəyişib. Bütün reklam pulları artıq toplanaraq Elçin Nəsirova çatdırılır və bu da hər ay yüz min manatlarla vəsait edir.
Mənbə onu da qeyd edir ki, Elçin Nəsirovun yaratdığı bu monopoliyadan Bakı şəhər Nəqliyyat Departamentinin rəhbərliynin xəbəri yoxdur. Çünki Elçin Nəsirov Nəqliyyat Departamentinin rəisinə məxsus olan marşurutlara reklam vurulmasına icazə vermir. Buna misal olaraq mənbə bildirir ki, 12 saylı marşurut Nəqliyyat Departamentinin rəisinə məxsusdur. Həmin marşurutda isə bir qayda olaraq reklama rəst gəlmək olmaz. Elçin Nəsirov bu marşuruta ona görə reklam vurulmasına icazə vermir ki, onun monopoliyasından Nəqliyyat Departamentinin rəisinin xəbər tutmasından qorxur.
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam