Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Metroda reklam bərpa edilir

 

Bakı metrosunda reklam lövhələrinin quraşdırılması bərpa edilir və artıq bununla bağlı işlərə başlanılıb.

"Xeberinfo.com":  “Trend”ə istinadən  məlumata görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, artıq metropolitenin stansiyalarında sosial reklamlarla yanaşı, biznes reklamları da olacaq: “Bu məqsədlə yeni reklam lövhələri quraşdırılır. Bunun üçün konkret yerlər müəyyən edilib. Lövhələr hər stansiyada platforma və yol divarında, keçiddə, eskalatorun yanındakı divarlarda quraşdırılır”. Onun sözlərinə görə, Bakı Metropolitenində reklam yerləşdirilməsində heç bir vasitəçi olmayacaq: "Reklam onu verən qurumla birbaşa Metropoliten arasında imzalanmış müqavilə əsasında həyata keçiriləcək. Bizdə bu işlə məşğul olan ayrıca struktur var. Onlar reklamverən şirkətlərlə birbaşa müqavilə bağlayacaqlar. Reklamlar fərqli ölçülərdə, fərqli formalarda olacaq. Reklamın qiyməti isə onun yerləşdiyi yerdən asılıdır. Bu yerlərin hər birinin öz qiyməti var. Yerləşmə mövqeyinə, sərnişin sıxlığı çox olan stansiyaya və ölçülərə görə qiymətlər də dəyişir”.

Xatırladaq ki, ötən il Metropoliten rəhbərliyinin qərarı ilə Bakı Metropoliteni ərazisində biznes reklamları tamamilə yığışdırılmışdı. N.Paşayev onların yenidən bərpa edilməsinin zəruriliyini belə izah edib: “Biz metroda reklamları ləğv edərkən bildirmişdik ki, əvvəlllər həmin reklamlara lazımi xidmət göstərilmirdi, onların yerləşdirilməsində pərakəndəlik var idi və lövhələr insanları narahat edən yerlərdə və formada quraşdırlmışdı. İndi isə bu proses yeni və fərqli formada həyata keçirilir. İndi yerləşdirilən reklamlar daha müasirdir, led işıqlıdır. Hətta gələcəkdə müasir texnologiyalara əsaslanan elektron avadanlıqlardan da istifadə edilməsini planlaşdırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam